“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində rəqiblərinin müəyyənləşəcəyi vaxt müəyyənləşib.
Modern.az "Qol.az"a istinadən xəbər verir ki, yarışın püşkatması avqustun 27-də Monakoda keçiriləcək.
Püşkatma Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq.
Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək.
“Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.