Modern.az

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Ölkə

27 Noyabr 2017, 13:47

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.

Modern.az-ın məlumatına görə, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!