Modern.az

Kazanda Qarabağ danışıqları nəticəsiz başa çatıb (YENİLƏNİB)

Kazanda Qarabağ danışıqları nəticəsiz başa çatıb (YENİLƏNİB)

Ölkə

24 İyun 2011, 18:14

Prezidentlər hər hansı sənəd imzalamadılar...


Rusiya prezidenti Dmitriy Medvedev,  Azərbaycan prezidenti İlham Əliyev  və Ermənistan prezidenti Serj Sərkisyan üçtərəfli görüşün keçiriləcəyi Kazandakı Kreml sarayına gəliblər.
ATƏT-in Minsk Qrupunun həmsdərləri isə onlardan öncə görüşün keçirləcəyi Qubernator sarayına gəliblər.
Qarabağ danışıqları artıq başlayıb...

"Azadlıq" radiosunun məlumatına görə, görüşdən öncə Azərbaycan və Ermənistan prezidentlərinin Kreml kompleksinə baxış keçirməsi nəzərdə tutulsa da, jurnalistlərə elan edilib ki, bu gəzinti görüşdən sonraya təxirə salınıb.

***
Görüş öncəsi Rusiya prezidenti Dmitriy Medvedev tərəflər danışıaq masasına əyləşərkən “yaxın oturun, nəticə əldə eləmək üçün bir-birinə yaxın olmaq lazımdır” deyib.

***
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçirilən görüşünü işıqlandırmağa gələn yerli jurnalistləri Kremldən uzaqlaşdırıblar. "Azadlıq" radiosunun verdiyi məlumata görə, prezidentlər Prezident sarayına gələndən  və görüş başlandıqdan bir qədər sonra bütün yerli jurnalistləri avtobusla ippodroma aparıblar. Azərbaycan, Ermənistan, Rusiya prezidentləri üçtərəfli görüşdən sonra cıdır meydanına gəlib prezident kuboku at yarışlarını izləməlidirlər.
 
İlkin proqrama görə, prezidentlərin Bakı vaxtıyla saat 21.00-da cıdıra gəlməsi nəzərdə tutulub.
 
İlham Əliyev, Serj Sarkisyan və Dmitriy Medvedevin danışıqları hazırda Kazandakı Kreml kompleksində davam edir. 

****

Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sərkisyan arasında keçirilən Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar başa çatıb. Modern.az "RİA-Novosti”yə istinadən bildirir ki, görüş 3 saatdan artıq davam edib.
Görüşdən sonra birgə bəyanat qəbul edilib. Lakin bəyanatın təfərrüatları hələ açıqlanmır. 

Azərbaycan prezidentini xarici işlər naziri Elmar Məmmədyarov, prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Novruz Məmmədov müşayiət edir.

***

"Azadlıq" radiosunun məlumatına görə, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündə bəzi məsələlərdə qarşılıqlı anlaşma əldə edilib, amma hər hansı sənəd imzalanmayıb. 
Kazanda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayımlayıblar. Bəyanatda  İlham Əliyev və Serj Sargsyan vasitəçilərə təşəkkür ediblər.
 
Prezidentlər bildiriblər ki, görüşdə “əsas prinsiplərin qəbulu üçün şərait yaradan bir sıra önəmli məsələlərdə qarşılıqlı anlaşma əldə edilib”.
Sənəddə bildirilir ki, görüş iştirakçıları əsas prinsiplərin razılaşdırılması üçün aparılan işin gedişini nəzərdən keçiriblər.
 
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan ATƏT-in Mİnsk qrupunun həmsədrləri – ABŞ, Rusiya və Fransanın “Dağlıq Qarabağ probleminin həllini daim diqqətdə saxlamasına” görə təşəkkür ediblər. Əliyev və Sərkisyan Rusiya prezidenti Medvedevin danışıqların baş tutması və razılığın əldə ediləsi üçün göstərdiyi səyləri yüksək qiymətləndiriblər.  
 
Rusiya prezidenti Dmitri Medvedev, Ermənistan prezidenti Serj Sərkisyan və Azərbaycan prezidenti İlham Əliyevin birgə görüşü 3 saata yaxın davam edib. Görüşdən öncə həm həmsədr ölkələr, həm də tərəflərin verdikləri bəyanatlarda Kazan görüşündə baza prinsipləri üzrə razılaşma imzalanmasına çağrılırdı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı