Modern.az

Prezident hərbi qulluqçuların maaşını artırdı

Prezident hərbi qulluqçuların maaşını artırdı

Ölkə

25 İyun 2011, 21:59

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama görə, Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!