Modern.az

Buraxılış imtahanlarından “2” alan məzunlar Təhsil Nazirliyinə şikayət ediblər

Buraxılış imtahanlarından “2” alan məzunlar Təhsil Nazirliyinə şikayət ediblər

Ölkə

28 İyun 2011, 16:23

Orta məktəblərin 11-ci sinifləri üzrə buraxılış imtahanlarının nəticələrindən narazı qalan məzunlar Təhsil Nazirliyində yaradılan apellyasiya komissiyasına şikayət edirlər. Hazırda komissiya xeyli şikayəti araşdırır. Bu barədə Modern.az saytına Təhsil Nazirliyindən məlumat verilib. Lakin nazirlik əməkdaşları neçə nəfərin apellyasiya şikayəti verdiyini açıqlamayıblar.

Təhsil Nazirliyi iyunun 24-də11-ci sinif şagirdlərinin buraxılış imtahanlarının cavablarını açıqlayıb. Həmin tarixdən nazirlikdə imtahan nəticələrindən şikayətlərə baxan apellyasiya komissiyası fəaliyyət göstərir. Komissiya bir həftə (iyulun 1-dək) fəalyyətdə olacaq.

2-17 iyun aralığında respublikanın 60 şəhər və rayonunda ümumi orta təhsil (9-cu sinif) və tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanları keçirilib.
9-cu siniflərin buraxılış imtahanlarının cavabları hələ açıqlanmayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı