Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Fikrət Cəfərov İctimai Palatanın təsisçiliyindən istefa verib. Modern.az-a açıqlamasında F.Cəfərov bunun səbəblərini qurumun özünün məqsədindən yayınması ilə izah edib.
KXCP rəsmisinin sözlərinə görə, o, İctimai Palatanın vətəndaş hərəkatına çevriləcəyini gwman edirmiş. “İctimai Palata yarananda biz bu qurumun vətəndaş hərəkatına çevriləcəyini gözləsək də, hazırda orada mərkəzdənqaçma, mitinqlərin sönükləşməsi prosesi gedir”-deyə o vurğulayıb.
İP-da hər hansı perspektiv və vətəndaş hərəkatına çevrilmə perspektivi görmədiyini deyən KXCP təmsilçisi İctimai Palatanın qazancının yalnız 14 siyasi məhbus olduğunu bildirib: “Son dövrlər mətbuatda gedən İctimai Palatanın daxili intriqaları, Pənah Hwseynin müsahibəsi, dostlarımızdan birinin Kanal B-də verdiyi müsahibəsində bu “AXCP-Müsavat”ın blokudur ifadəsini işlətməsi buna gətirib çıxardı ki, bu qurumda qalmaq mümkünsüz oldu. Onlara bu birlikdə uğurlar arzulayıram”.