
İyulun 1-dən Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı electron ərizlərin qəbuluna başlayıb. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, bu il orta məktəblərdə 2000-ə qədər vakant yer müəyyənləşib.
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək.
Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinə təqdim edilən boş iş yerlərindən 323-ü Bakı məktəblərindədir.
Təhsil Nazirliyindən saytımıza bildirilib ki, vakant yerlərdən ən çoxu Sabunçu rayonunun məktəblərindədir – 80 yer.
Xəzər rayonu ərazisindəki məktəblərdə 73 boş müəllim yeri var. Suraxanı məktəbləri 39, Binəqədi məktəbləri 36, Qaradağın təhsil ocaqları isə 33 müəllim axtarır.
Yasamal məktəblərinə 15, Nəsimi məktəblərinə 14, Nizami məktəblərinə 11 müəllim lazımdır. Xətai məktəblərində 10, Səbail məktəblərində 7, Nərimanov məktəblərində isə cəmi 5 boş iş yeri var.
Tam siyahıya burdan baxma olar - //www.muallim.edu.az/arxiv/2011/25/vakansiya.pdf
Modern.az