Modern.az

Mobil Məmmədov: “Özbəkistandakı Azərbaycan diasporu xeyli güclənib” (MÜSAHİBƏ)

Mobil Məmmədov: “Özbəkistandakı Azərbaycan diasporu xeyli güclənib” (MÜSAHİBƏ)

Страна

2 İyul 2011, 18:31

Müsahibimiz Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət mərkəzi idarə heyətinin sədri, Özbəkistandakı Azərbaycan diasporunun rəhbəri Mobil Məmmədovdur.

- Mobil müəllim, Özbəkistanda nə qədər azərbaycanlı yaşayır, onlar daha çox hansı sahələrdə çalışırlar?

-
Hazırda Özbəkistanda 40 mindən artıq azərbayçanlı yaşayır. Bir çox ailələr bura Sovet hakimiyəti dövründə sürgün olunublar. Bəziləri 1966-çı ildə Daşkənd şəhərində baş vermiş zəlzələdən sonra bura xilaskarlar, tikinti sahəsində peşəkarlar dəstəsinin tərkibində gəlib və sonradan burada məskan salıblar. Çavan yaşlarından Özbəkistanın ali məktəblərində təhsil almaq, işləmək məqsədilə gələnlər də coxdur. Bu insanlar müxtəlif zamanlarda və müxtəlif məqsədlərlə gəlsələr də, biri-birləri ilə sıx əlaqə saxlayırlar, bütün adət-ənənələri, milli, mədəni, dini ənənələri, mənəvi dəyərləri qoruyublar. Baxmayaraq ki, onların bir çoxunun Azərbaycanla uzun müddət əlaqəsi olmayıb, ancaq Vətənə olan sevgi heç zaman onların daxilində ölməyib. Bu gün Özbəkistanda yaşayan azərbaycanlılar elm, mədəniyyət, iqtisadiyyat, həttə idman sahəsində ən yüksək nailiyyətlər qazanırlar...
Bunların siyahısına Özbəkistan və Azərbaycan respublikalarının xalq  artisti, Əlişir Nəvai adına Opera və Balet Teatrının baş rejissoru,  proffessor Firudin Səfərov, Azərbaycanın əməkdar artisti, “Azərbaycan qızları” rəqs ansamblının bədii rəhbəri Kökəb xanım Əliyeva, mikrobiologiya elmləri doktoru Südabə xanım Məmmədova, pedaqoji elmlər doktoru Almaz xanım Məcidova, Verqi idarəsinin məsul işçisi general Paşa Əli oğlu İmanquliyev və başqa çoxsaylı ziyalı şəxslər daxildir. Qeyd etmək lazımdır ki, sərbəst güləş idman növü üzrə iki dəfə (1996, 1998-çi il) dünya çempionu Mais İbadov və onun kimi insanlar burada yaşayan azərbaycanlılirın fəxridir. Bununla yanaşı, bizneslə məşğul olan soydaşlarımız da çoxdur.

- Azərbaycanla əlaqəniz hansı səviyyədədir?

-
Azərbaycandan millət vəkilləri tez-tez Özbəkistana gəlir, problemlərımızlə maraqlanır, müxtəlif  bayramlarda, prezentasiyalarda iştirak edirlər. Vaxtaşırı Azərbaycanın tanınmış sənət ustaları, mügənnilər, alimlər, idmançılar da bizimlə görüşə gəlir. Təbii ki, bütün bunlar diasporun ruh yüksəkliyinə müsbət təsir edir, inkişafına güclü təkan verir.

- Özbəkistanda sizə necə münasibət var? 

- Azərbaycan diasporunun müasir Özbəkistandaki vəziyyəti iki ölkə arasında olan dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır.    Təsadüfi deyil ki, Orta Asiyada ilk səfirlik Özbəkistanda ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə 19 iyun 1997-çi il tarixində açılıb. Bu, diasporamızın inkişafına böyük təkan olub. Ümummilli liderimizin yolunu Prezidentimiz İlham Əliyev xüsusi diqqətlə davam etdirir və axırıncı 5 il ərzində bu ölkədə iki dəfə rəsmi səfərdə olub.
2006-cı ildə ilk səfəri zamanı möhtərəm prezidentimiz Daşkənd şəhərində Nizami adına Pedaqoji Universitetin qarşısında qoyulan Nizami Gəncəvinin heykəlinin açılışında iştirak etdi. 2010-cu ildə olan səfəri zamanı isə Prezidentimiz Azərbaycanın maliyyə dəstəyi ilə yeni təmir olunmuş Azərbaycan Mədəniyyət Mərkəzinin istifadəyə verilməsində iştirak etdi. Qeyd etmək lazımdır ki, yeni qurulan bina öz gözəlliyi  və müasirliyi ilə təkrarolunmaz bir mədəniyyət sarayına çevrilib. Bu, bizi sevindirir və fəxrləndirir. İki ölkə rəhbərləri arasında mədəniyyət, incəsənət, iqtisadiyyat, və başqa sahələr üzrə əməkdaşlıq haqqında imzalanan müqavilələr artıq öz nəticələrini verir. Bütün bunlar Özbəkistanda yaşayan Azərbaycan diasporunun iqtisadi irəliləyişinə, sosial vəziyyətinin yaxşılaşmasına, adət-ənənələrinin qoruyub saxlanmasına geniş imkanlar yaradır.

- Diasporun səfirliklə əlaqələri necədir?

- Mən xatırlayıram, ümummilli liderimiz Heydər Əliyev Daşkənddə Azərbaycan səfirliyinin binasının açılışı zamanı dedi ki, səfirlik Azərbaycanın kiçik bir hissəsidir və güman edirəm ki, o yaranandan sonra səfirlik və diaspor birləşib Azərbaycan həqiqətlərinin yayılması, Özbəkistan cəmiyyətinə çatdırılması istiqamətində böyük imkanlar açacaq. Həm də bunu bizim borcumuz kimi qiymətləndirdi. Bu gün biz ümummilli liderimizin tövsiyyələrini həyata keçirməyə çalışırıq. Azərbaycan Respublikası səfirliyi ilə sıx və işgüzar əlaqələrimiz var, dövlət bayramlarını, başqa  əlamətdar günləri birlikdə qeyd edirik. Bundan başqa, hər iki tərəfdən olan təşəbbüslər müzakirə olunur və həyata keçirilir.

- Özbəkistandakı soydaşlarımızın fəallıq məsələsi sizi qane edirmi?

- Özbəkistanda yaşayan azərbayçanlı gənclər olduqca fəaldırlar. Onlar  respublikanın 50-dən cox ali təsil müəssisəsində biliklərə yiyələnirlər. Gənclərin öz dilimizə, mədəniyyətimizə, tariximəzə olan marağı  sürətlə  artır. Keçirilən tədbirlərin təşkilində bizə yardım edirlər. Diasporun  gənc üzvləri dövlət və içtimai təşkilatlarda öz yerlərini tapırlar və ixtisasları üzrə çalışırlar. Bu isə onu göstərir ki, diasporumuzun gələcəyi etibarlı əllərdədir.

- Özbəkistandakı azərbaycanlılardan kimlər Dünya Azərdaycanlıların  qurultayında iştirak edəcəklər? 

Özbəkistan və Azərbaycan respublikalarının xalq  artisti, Əlişir Nəvai adına Opera və Balet Teatrının baş rejissoru,  RAzMMM idarə heyətinin üzvü,  proffessor Firudin Səfərov, Daşkənd şəhər “Qardaşlıq” Azərbaycan  mədəniyyət mərkəzı idarə heyyətinin sədr vəzifəsinin icraçısı, RAzMMM idarə heyətinin üzvü Kamil  Kərimov, RAzMMM  Nəvai vilayəti filialının idarə heyətinin sədri  Sevil Balayeva, Daşkənd şəhər “Qardaşlıq”Azərbaycan  mədəniyyət mərkəzı idarə heyətinin  üzvü, mikrobiologiya elmləri doktoru Südabə Məmmədova, RAzMMM idarə heyətinin Qadınlar şurasının sədri Fatma Piriyeva,  RAzMMM  Səmərqənd vilaiəti filialının idarə heyətinin sədr vəzifəsinin icraçısı  Adilağa Mirzayev, RAzMMM idarə heyyətinin üzvü Alim Babayev və mən qurultayın işinə qatılacağıq.

- Belə qurultaylar sizin fəaliyyətinizdə hansı rolu oynayır? 

- Özbəkistanda yaşayan diaspor üzvləri öz fəaliyyəti ilə ayrı-ayrı sahələrdə müəyyən nailiyyətlər qazanırlar, özəl, birgə və başqa  təşkilatlar yaradırlar. Yaratdığı təşkilatlara Azərbaycan  adları verirlər. Bütün bunları həyata keçirmək bizim azərbaycanlı olmaq kimi böyük məsuliyyət hissimizin olduğunu deməyə əsas veriri. Eyni zamanda azərbaycanlı adını layıqıncə doğrultmaq həm Özbəkistan,  həm də müstəqil Azərdaycan qarşısında ən ümdə bir vəzifədir. Dünya azərbaycanlılarının I və II qurultayı bizə ümumi  məqsədlər ətrafinda birləşmək, təşkilatlanmaq, yaşadığımız dövlətdə qurumlar, cəmiyyətlər şəklində biri-birimizlə sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal iştirak etmək kimi vəzifələr verib. Bu gün biz  III qurultaya gedərkən bu vəzifələri nə qədər həyata keçirdiyimizi analiz edərək, qeyd edirik ki, Özbəkistandakı diaspor daha da güclənib. Təşkilatlanma səviyyəsi yüksəkdir, Azərbaycan dilinin, milli dəyərlərin qorunması, təhsil və tərbiyənin lazımı səviyyədə olması üçün güclü bir mədəniyyət mərkəzi var. Məncə bunlar Qurultay üçün gözəl töhfədir. Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqələrimiz yüksək  səviyyədədir. Mütəmadi olaraq əlaqə saxlayırıq, bundan əlavə, komitə vasitəsi ilə dünya üzrə diaspor  təşkilatlarının apardığı iş ilə tanış olmaq imkanı var. Getdikcə bu imkanlar genişlənir. Təbii ki, komitə tərəfindən yaranan şəraitə görə, başda Nazim İbrahimov olmaqla komitənin əməkdaşlarına öz minnətdarlığımızı bildiririk.

Ləman AĞAYEVA
Daşkənd

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı