Modern.az

5 il öncə yazılmalı olan yazı və ya …

5 il öncə yazılmalı olan  yazı  və ya …

Ölkə

3 İyul 2011, 15:33

Bu  yazını düz  5il  bundan öncə - elə bu ərəfədə  yazmaq fikrindəydim. O zaman da şəxsiyyətinə, intellektinə, insanpərvərliyinə, ziyalılığına böyük hörmət və ehtiram  bəslədiyim Rəbiyyət xanımın yubiley doğum günüydü.  Amma  müəyyən səbəblər  üzündən  o vaxt  Rəbiyyət  xanımla bağlı nəzərdə tutduğum  yubiley  yazısını  hazırlayıb  ərsəyə  gətirə  bilmədim. Görünür, atalar məsəlində deyildiyi kimi, qismət bu günəymiş.

Bu il  - konkret desək iyulun  4-ü   millət vəkili Rəbiyyət Aslanovanın doğum günüdür, yubileyidir. Bəri-başdan  deyim ki, Rəbiyyət xanım haqqında yazı  yazmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, bu insan həmişə təvazökarlığı, səmimiliyi, demokratikliyi, çoxlarının həsəd aparacağı tolerantlığı, ziyalılığı, sadələyi, ən əsası insanpərvərliyi ilə seçilir. Rəbiyyət xanım insanlara heç zaman hansısa mənsubiyyətinə, sosial durumuna, digər məqamlarına görə deyil, məhz insan olmasına görə önəm verib və bu gün də belədir. Rəbiyyət xanım  bir parlamentari, qanunverici orqanın  komitə sədri kimi hər zaman ona üz tutub pənah gətirən, ağız açan,  ona ərizə və şikayət məktubları  ilə müraciət edən insanlara təmənnasız kömək etməyə çalışıb və əksər hallarda da buna nail olmağı bacara bilib. Hər zaman fəaliyyətində  başlıca amil olan insan amilinə böyük dəyər verib və verməkdədir…  Bu baxımdan Rəbiyyət xanım haqqında yazı yazmaq üçün  necə deyərlər, saatlarla fikirləməyə,  dağa-daşa düşməyə ehtiyac qalmır. Sözlər, cümlələr  sanki öz-özünə  ardı-ardına gəlir. Özü də səmimi sözlər, səmimi fikirlər. səmimi cümlələr…

Rəbiyyət xanım haqqında yazmaq çətindir  ona görə ki, bunun özü insandan ilk öncə böyük məsuliyyət tələb edir. Hər zaman hamımızdan  biri olan Rəbiyyət xanım müasir Azərbaycan ziyalılarının və ziyalılığının ən parlaq nümayəndələrindəndir. O  çoxlarından fərqli olaraq, siyasətə elmdən gəlib və bununla  da  siyasətə bir növ elmilik, intellektuallıq, ziyalılıq gətirib, yaxud, gətirənlərdən biridir.  Rəbiyyət xanım Azərbaycan siyasətinin belə demək mümkünsə, ağyaxalılılarındandır. Rəbiyyət xanımın nə insan leksikonunda, nə də siyasi leksikonunda təhqir, böhtan, qarayaxma, aşağılama yoxdur.  Rəbiyyət xanım hər zaman,  hətta, özünə  ünvanlanan  haqsız  tənqidlərə, təhqirlərə  belə öz ziyalı düşüncəsi ilə cavab verib, kimlərisə  dəbdə  olan məhkəməylə - filanla hədələməyb. Əksinə, belə “düşüncə sahiblərini”  öz  vicdanlarının  mühakiməsinə verib,  yəni, bütün anlarında öz ziyalılığını, xanıımlığını, səviyyəsini qoruyub-saxlayıb. Ona görə indi  belə bir insan haqqıında yazı yazmaq yuxarıda qeyd etdiyim ki, asan, sıradan bir məsələ deyil…

Rəbiyyət xanım haqqında cox sözlər yazmaq olar, xüsusilə də bu əlamətdar yubiley günündə. O  həqiqətən də bütün xoş sözlərə layiq  ziyalı, millətin vəkili, siyasətçi, ən əsası dəyərli bir insan – ana, ailə başçısıdır. Ancaq hesab edirəm ki, Rəbiyyət xanımın bu sözlərə də bir o qədər ehtiyacı yoxdur. O öz insani və siyası davranışı,  fəaliyyəti ilə öz sözünü deyib, öz imzasını qoyub, öz qiymətini alıb  və  bu  gün də belədir, bundan sonra  da  belə  olacaq.

Sadəcə,  növbəti doğum günü - yubileyi münasibətilə Rəbiyyət xanımı təbrik edir, ona elmi, siyası fəaliyyətində  yeni-yeni nailiyyətlər, şəxsi-ailə həyatında saya-hesaba gəlməz  uğurlar arzulayırıq. Yubiley doğum gününüz mübarək olsun hamımızın  əzizi  Rəbiyyət xanım!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı