Modern.az

Bakıda 54 yaşlı kişinin evində asılmış meyiti tapıldı

Bakıda 54 yaşlı kişinin evində asılmış meyiti tapıldı

Ölkə

21 Dekabr 2017, 09:27

Bakıda intihar hadisəsi baş verib.

 

Trend-in məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Qəsəbənin ərazisindəki Çiləgər yaşayış massivində yaşayan, 1963-cü il təvəllüdlü Məmmədov Mehman Əsədulla oğlu yaşadığı evdə özünü asıb. Mərhumun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb.

 

İntiharın səbəbləri məlum deyil.

 

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...