Modern.az

Tanınmış kulinar Tahir Əmiraslanov: “Bizim restoranlardan iyrənirəm...”

Tanınmış kulinar Tahir Əmiraslanov: “Bizim restoranlardan iyrənirəm...”

Ölkə

4 İyul 2011, 13:32


Milli Kulinariya Mərkəzin rəhbəri Tahir Əmiraslanov Modern.az saytına açıqlamasında restoranlarda vəziyyətə əncam çəkilməsinin vacibliyini vurğulayıb.

“Biz dəfələrlə demişik, yenə təkrar edirik, restoran xidməti sahəsində işçilərin 90 faizinin təhsili yoxdu. Hətta bir çox toyxanaların baş aşpazları da təhsil almamış adamlardı. Belə olan halda orda olan qidanın verdiyi sağlamlıqdan danışmağa dəyməz, əksinə bu adamlar insanları xəstələndirməklə məşğuldurlar. Restoran və şadlıq evlərində işləyən işçilərin əksəriyyəti sənədləşdirilmir. Necə ola bilər ki, 500 nəfərlik tutumu olan restoranda 2 aşpaz, 8 ofisiant işləsin, belə şey mümkündümü...
Restoranlarda çalışanlar həkimdən də keçmirlər. Orada bişirilən xörəklərlə insanların mədə-bağırsaq sisteminə zərbə vurulur. Özlərindən durub resept kəşf edirlər, bu resseptlər də heç yerdə təsdiq olunmur”.

T.Əmiraslanov deyir ki, bütun dunyada restoran biznesi üçün standartlar var, ancaq Azərbaycanda həmin standartlar tətbiq olunmur:
“Biz onlara müraciət edirik, gəlin bizim quruma üzv olun, biz sizin aşpazları hazırlayaq. Yaxın gələn yoxdu. Elə ona görə zəhərlənmələr də baş verir. İnsanlara vərəm, sarılıq yayılır. Sarılıq, yaxud da vərəm bir ildən sonra bilinən xəstəlikdi, onu  xəstə heç özü bilmir ki, harda yoluxub”.

“Bu gün toyxanaların bir çoxunda  biznes o dərəcəyə gəlib çatıb ki, insanlara təcavuz olunur. Yəni restoranlarda toy sahibinə diqtə edirlər ki, “mənim menyumda bu yeməklərdir, bunlar hamısı stolda olmalıdır”.
Mədəniyyətimiz korlanır. Siz harda görmüsünüz ki, toyda kimsə kolbasa yesin. Yəni bu şeylərə görə, restoran biznesi böyük təhlükədi və ən qorxulusu da mənim fikrimcə odur ki, bizdə zəhərlənmə, ölüm halları olur, ört-basdır etməyə nail olurlar”-deyə T.Əmiraslanov bildirib.

Milli Kulinariya Mərkəzinin rəhbəri deyir ki, bu vəziyyət Azərbaycanın turizm sahəsi üçün də qorxuludur: “Bir-iki turist  xəstələnsə, ölkə turizm üçün təhlükəli elan oluna bilər”.

T.Əmiraslanovun sözlərinə görə, restoranlarda aidiyyatı qurumlar tərəfindən əsl monitorinq aprılmalıdır, bu ad altında şıdırığı pul yığılmamalıdır.
“Biz bununla bağlı hökümətə təkliflər vermişik. Elə bir təşkilat, elə bir  qurum yaranmalıdı ki, o qurum digərləri  kimi pul yığmaqla məşğul olmasın. Restorana kömək etsin, ona catışmayan şeyləri başa salsın”.

Müsahibimiz deyir ki, restoranların əksəriyyətində gözəl zallar yaradılıb. Amma mətbəxlərdə dəhşətli vəziyyət hökm sürür.
“Bizim televiziyalarda bütün günü bu restortanların reklamı gedir, halbuki o restaranların çoxuna girmək olmaz. Heç nədən başı çıxmayan restoran aşpazları televiziyaya çıxarılır. Keçən dəfə ANS-ə üç aşpazı çıxarıblar, hec birinin sənədi yoxdur, yemək bişirirlər. Mən də orda dedim ki, mən yemirəm o yeməyi. Başıacıq bişirirlər, qaydaları bilmirlər, məni zəhərləyəcəklər. Ordakıların hamısı da məndən incidi. Çünki mənim sənətim budur. Mən camaata zəhər yedizdirə bilmərəm. Bu adam əgər başını yarımçıq örtürsə, papağını başının ortasına qoyursa, deməli onun başından kəpək dökülür, ən azından gözə görünməyən kəpək. Mən onun xörəyini necə yeməliyəm.
Siz restorana girəndə gedin mətbəxə baxın, görün aşpazların başları, əlləri açıqdı, yoxsa yox”.

Mail Ağaxanov      

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı