Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov Avropa İttifaqının (Aİ) Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı son zamanlar qəbul etdiyi qətnamələrə münasibət bildirib.
Modern.az-ın məlumatına görə, Z.Əsgərov deyib ki, belə qətnamələrin qəbulu Azərbaycan Prezidenti İlham Əliyevin çox düzgün apardığı xarici siyasətin nəticəsidir:
"Artıq Avropa Birliyində də anladılar ki, ölkələrin ərazi bütövlüyünü tanımadan digər ölkələrin sabitliyinə təminat yoxdur. Bütün ölkələrə eyni yanaşma olmalıdır. Birinin ərazi bütövlüyünün tanınması, digərinin tanınmaması ikili standartdır. Bu, Avropanın özündə də fəsadlar törədir".