Modern.az

Amerikada siçovul təyyarənin havaya qalxmasına imkan vermədi

Amerikada siçovul təyyarənin havaya qalxmasına imkan vermədi

Ölkə

3 Yanvar 2018, 09:30

Alaska Airlines" aviaşirkətin uçuşu göyərtədə peydə olunan siçovula görə ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə TASS yerli KİV istinadən məlumat yayıb.

Göyərtəsində 110 sərnişini olan Boeing 737 təyyarəsi Oklenddən (Kaliforniya ştatı – Red.) Portlendə (Oreqon ştatı- Red.) uçuş həyata keçirməli idi. Avia uçuş trap vasitəsi ilə salona daxil olan siçovula görə ləğv edilib. Ekipaj üzvləri gəmiricini tapa bilməyib.

Aviaşirkət ziyanvericilərin ləğv edilməsi ilə məşğul olan xidmətin əməkdaşlarını çağırıb. Bundan əlavə, təyyarədə zədələrin olub-olmamasını müəyyən etmək məqsədi ilə mütəxəssislər ona baxış keçirəcək. Sərnişinlərə Portlendə diqər təyyarə ilə yola düşmək tövsiyyə edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı