Modern.az

65 yaşına çatmış müəllimlərin bir qismi bu il pensiyaya göndərilir

65 yaşına çatmış müəllimlərin bir qismi bu il pensiyaya göndərilir

Ölkə

7 İyul 2011, 12:00

Ölkə qanunvericiliyində bir müddət öncə edilən dəyişikliyə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan 65 yaşa çatmış şəxslərin pensiyaya göndərilməsinə qərar verilib. Həmin yaşa çatdıqları üçün pensiyaya göndərilənlər sırasında təhsil müəssisələrində çalışan müəllimlər də olacaq.
Modern.az saytının əldə etdiyi məlumatlara görə, artıq Bakıda və bir sıra rayonlarda Təhsil idarələri tərəfindən 65 yaşına çatan müəllimlərin pensiyaya göndərilməsinə hazırlıq görülür. Bu barədə onların özləri də xəbərdar edilib. Təhsil Nazirliyindəki mənbə saytımıza bildirib ki, pensiyaya göndəriləcək müəllimlərin yerinə işçi götürülməsi üçün bir sıra məktəblərə vakansiya barədə elan verməyə icazə də verilib.
Təhsil naziri Misir Mərdanov dünən mətbuata açıqlamasınfa 65 yaşa çatmış orta məktəb müəllimlərinin yeni dərs ilindən - sentyabrın 15-dən məktəbə gəlib-gəlməmələri barədə rəsmi göstəriş verilmədiyini bildirmişdi.

Təhsil Nazirliyindən isə saytımıza bildirilib ki, məktəblərə sözügedən məsələyə dair şifahi təlimatlar verilib. Buna uyğun da addımlar atılır. Rəsmi qərarın yeni dərs ili ərəfəsində veriləcəyi istisna olunmur.

Təhsil Nazirliyinin açıqlamasına görə, hazırda Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın ümumtəhsil məktəblərində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 12 minə yaxın direktor, direktor müavinləri və müəllim var.
Nazirlikdən bildirblər ki, onlar tədricən, bir qismi bu il, digər qismi gələn il təqaüdə göndəriləcək.

Adəm Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?