Modern.az

Sənətçilər Azərbaycanın istirahət məkanlarındakı qiymətlərdən şikayətlənirlər

Sənətçilər Azərbaycanın istirahət məkanlarındakı qiymətlərdən şikayətlənirlər

Ölkə

11 İyul 2011, 15:57

İsti yay günlərini yaşayırıq, insanlar dinçəlmək üçün müxtəlif yerlərə üz tuturlar. Təbii ki, səfalı yerlərə dincəlməyə getməyi hamı arzulasa da, bu heç də hər kəs üçün əlçatan olmur. Modern.az saytının əməkdaşı bir neçə sənət adamından yayda harada dincələcəyini xəbər alıb.

Xalq artisti Flora Kərimova hələki itirahət üçün gedəcəyi yeri dəqiqləşdirməyib. Çünki, o, buna qərar vermək üçün xariçdə yaşayan oğlu və qızını gözləyir. “Bilirsiniz ki, mənim oğlum, qızım xaricdə yaşayır. Yaxın vaxtlarda onlar Bakıya gələcəklər. Ondan sonra hara gedəcəyimizə qərar verəcəyik.”

Xalq artisti Mənsum İbrahimov da sənəti ilə əlaqədar olaraq hələki paytaxt Bakıdadır. Mənsum müəllim dedi ki, ailəsi ilə birgə mütləq istirahətə gedəcək. Bu məqsədlə xalq artisti Azərbaycanın müxtəlif bölgələrinə üz tutacaq.
“Yesentukidə iki həftəlik istirahətdə olmuşam, hazırda isə Bakıdayam, işləyirəm. Vaxt tapdıqca aiələmlə birgə müxtəlif  rayonlara gedəcəyik. İstəyirəm ki, uşaqlar Azərbaycanın hər bir bölgəsini tanısınlar”. Bir yerdə uzun müddət qalmağı xoşlamadığını deyən M.İbrahimov həftə sonları müxtəlif rayonlara gedəcəyini və hər rayonda bir-iki gün qalaçağını bildirdi.   

Amma istirahət məkanlarındakı qiymətlər Mənsum İbrahimovun ürəyincə deyil.
“Bir çox xarici ölkələrdə olmuşam, müqayisə edəndə təbii ki, bizdə çox yüksəkdir. İnsanlar daha xarici ölkələrə gedir, təəssüf edirəm ki, Azərbaycanın pulları xaricə axır. Amma ümid edirəm ki, zamanla bu problem öz həllini tapacaq”.  

Tanınmış bəstəkar Faiq Sücəddinov da hələki işdən istirahətə vaxt tapa bilməyib. Amma vaxtı olanda istirahət üçün xarici ölkəyə yox, Azərbaycanın bölgələrinə üz tutacaq.
“Bir-iki gün Şəkidə və İsmayıllıda olmuşam, hazırda işlərim var. Hara gedəcəyim barədə qərar verməmişəm. Çox güman ki, yenə də həmin bölgəyə - Şəki, İsmayılı, Qəbələ rayonlarına gedəcəm”.

F.Sücəddinov Azərbaycan turizminin çox sayda problemlərinin də olduğunu da qeyd etdi. Onun sözlərinə görə, ölkəmiz kütləvi istirahət üçün hələ hazır deyil. Bunun müqabilində isə qiymətlər olduqca yüksəkdir.
“Qəbələdə istirahət etmək üçün bir günə azı 70-80 manat lazımdır, 10 günlük istirahət 700-800 manata başa gəlir. Bu əlbəttə ki, yüksəkdir. Türizim bölgələrində sanitariya şəraiti də ideal deyil, yemək mədəniyyəti də aşağı səviyyədədir”.

17 il turizim sahəsində işlədiyini deyən deyən bəstəkar bu işlərə yaxşı bələd olduğunu və ölkəmizdə turizim sahəsində təşkilati məsələlərinin zəif həyata keçirldiyini söylədi.

Gənc aktirisa Ülviyyə Əliyeva yay mövsümünü elə paytaxt Bakıda keçirəcək. Buna səbəb isə aktirisanın işlərinin çox olmasıdır. “Mənim işlərim hələ qurtarmayıb, ola bilsin iki-üç gün dincəldim, elə onda da Bakıda olacam, hələki heç bir yerə getmək fikrim yoxdur”.

Ülviyyə Əliyeva xarici ölkəyə getmək haqda heç fikirləşmir. Çünki yaxın vaxtlarda reallaşdırmaq istədiyi arzusu var. Belə ki, aktrisa maşın almaq niyyətindədir: “Özümə maşın almaq fikrim var, ona görə hazırda hər hansı xarici ölkəyə getməyi fikirləşmirəm”.

Ü.Əliyeva ölkəmizdəki istirahət yerlərində qiymətlərin bahalığından şikayətləndi: “Lənkəranda qiymətlər normal olsa da, Qəbələdə çox bahadır. Qəbələdə istirahət üçün verdiyimiz pula Türkiyədə beş ulduzlu otellərin birində istirahət etmək mümkündür”-deyə aktirisa söylədi.   

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı