Modern.az

Azərbaycanda əhalinin sayı 9 milyon 165 min nəfərə çatıb

Azərbaycanda əhalinin sayı 9 milyon 165 min nəfərə çatıb

Ölkə

12 İyul 2011, 12:43

İlin əvvəlindən 2011-ci il iyul ayının 1-nə kimi ölkə əhalisinin sayı 54 min nəfər artaraq 9165 min nəfərə çatıb. Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22,3 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır.  Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Rəsmi məlumata görə, 2011-ci ilin birinci yarısında 80,2 min, gündə təxminən 443 körpə doğulub, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 17,3-dən 17,9-dək artıb. Сari ildə doğulan körpələr üçün 73,6 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,2 yaş ömür uzunluğu gözlənilir.

Yanvar-iyun aylarında ölkədə 38,6 min nikah, 5,4 min boşanma qeydə alınıb və 2010-cu ilin birinci yarısına nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 7,4-dən 8,6-ya, boşanmaların sayı isə 1,0-dan 1,2-yə qədər artıb. 2011-ci ilin altı ayı ərzində yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gəlmiş və 0,2 min nəfər ölkədən gedib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı