Modern.az

Nazirlik Qərb Universitetini niyə yenidən qeydiyyata alıb, təsisçi dəyişib?

Nazirlik Qərb Universitetini niyə yenidən qeydiyyata alıb, təsisçi dəyişib?

Ölkə

12 İyul 2011, 14:44

Modern.az saytının Ədliyyə Nazirliyidən aldığı məlumata görə, bu ilin II rübündə 24 qeyri-kommersiya təşkilatı dövlət qeydiyyatına alınıb ki, onlardan da biri Qərb Universitetidir. Adətən hər hansı bir təşkilatın təsisçisi dəyişəndə qurum yenidən qeydiyyata alınır. Bəs Qərb Universitetinin yenidən qeydiyyatdan keçməsi nə ilə əlaqədardır? Əməkdaşımız bu sualla adıçəkilən təhsil ocağı ilə əlaqə saxlayıb.
Universiten rektorluğundan saytımızı bildirilib ki, mövcud tələblərə görə, ali təhsil ocağı hər 10 ildən bir Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Yenidən qeydiyyat da bununla əlaqədardır. Rektorluqdan onu da bildiriblər ki, universitetin təsisçisi əvvəlki şəxsdir –  Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırov.
Qərb Universitetinin rektor əvəzi isə Zemfira Məmmədovadır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı