Modern.az xəbər vermişdi ki, Azərbaycanın xalq şairi, Aşıqlar Birliyinin sədri, sabiq millət vəkili Zəlimxan Yaqub ötən həftə oğlunu evləndirib. İctimai-siyasi sahədə tanınmış simaların da iştirak etdiyi toydan videogörüntülər artıq internetdə də yerləşdirilib.