Modern.az

"Qarabağ"dan səfərdə uğurlu, "Xəzər Lənkəran"dan uğursuz nəticə...

"Qarabağ"dan səfərdə uğurlu, "Xəzər Lənkəran"dan uğursuz nəticə...

Ölkə

15 İyul 2011, 09:59

İyulun 14-də Avroliqanın II təsnifat mərhələsinin ilk görüşlərinə start verilib. Bu mərhələdə ölkəmizi təmsil edən "Qarabağ" və "Xəzər Lənkəran" klubları ilk görüşlərini səfərdə keçiriblər.

Ağdamın "Qarabağ" klubu səfərdə Farer adalarının komandası "Streymur"un qonağı olub.  "Qarabağ" 11-ci dəqiqədə Rauf Əliyevin vurduğu qolla hesabda irəli çıxıb. Təəssüf ki, "Qarabağ" son dəqiqələrdə qapısında qol görüb- 1:1.

Avroliqaya II təsnifat mərhələsindən qoşulan son ölkə kubokunun qalibi "Xəzər Lənkəran" isə səfərdə İsrailin "Makkabi" (Təl-Əviv) klubunun qonağı olub. Təl-Əvivə sərfəli nəticə dalınca gedən "Xəzər Lənkəran" ilk hissədə qapısında 3 qol görüb. İkinci hissədə "Xəzər Lənkəran" bir qol vurub - 1:3.

"Streymur" – "Qarabağ" - 1:1
Qol:
Rauf Əliyev, 11 (0:1). Arnbyörn Hansen, 90+2 (1:1)

Hakimlər: Mark Stiven Uitbi, Eduard Kinq, Filip Tomas, Brayan Ceyms (hamısı Uels).

"Streymur"un start heyəti:
1. Rene Torqard, 2. Aleks dos Santos, 8. Eqil a Bo, 10. Bardur Olsen, 18. Brian Olsen, 11. Hans Pauli Samuelsen, 9. Arnar Dam, 33. Vasile Anxel, 12. Marni Djurhuus, 14. Daniel Udsen, 16. Pauli Hansen.
Ehtiyat oyunçular:

"Qarabağ"ın start heyəti: 99. Bojan Pavloviç, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 6. Rəşad Sadiqov (k), Rauf Əliyev, 17. Vüqar Nadirov, 22. Əfran İsmayılov, 77. Georgi Adamiya.

22:30. "Makkabi" – "Xəzər Lənkəran" - 3:1
Qollar:
Nouss Konate, 22 (1:0), Elran Atar, 39 (2:0); Guillermo İsraileviç, 43 (3:0), Andrey Mureşan, 45 (3:1)

Hakimlər: İlias Spathas, Qriqorios Panou, Dimitrios Qoukos, Stavros Mantalos (hamısı Yunanıstan).

"Makkabi"nin start heyəti:
55. Qay Haimov, 17. Savo Paviçeviç, 4. Nivaldo (k), 14. Yoav Ziv, 10. Haris Medunyanin, 13. Munas Dabbur, 18. Mussa Kanat, 25. Rafi Dahan, 7. Gilyermo İsraileviç, 16. Elran Atar, 27. Ömer Vered.

"Xəzər Lənkəran"ın start heyəti:
1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 9. Tsaba Borbeli, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 16. Adrian Piţ, 77. Marius Onofraş, 80. Joao Pinto, 81. Rikardo Qomeş, 84. Julius Vobay.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı