Modern.az

Parlamentlərarası İttifaq Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Parlamentlərarası İttifaq Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Ölkə

31 Yanvar 2018, 09:15

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və müasir dövrdə parlament diplomatiyasının rolu vurğulanıb.

 

Nazir Elmar Məmmədyarov Azərbaycanın MDB, Avropa Şurası və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığını qeyd edib.

 

Duarte Paçeko təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. O, Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əlaqələrin möhkəmlənməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı