Modern.az

İranla sərhəddə Türkiyə hərbçisi şəhid oldu

İranla sərhəddə Türkiyə hərbçisi şəhid oldu

Ölkə

31 Yanvar 2018, 23:37

Türkiyənin Ağrı vilayətinin Doğubəyazid mahalında PKK terrorçuları ilə hərbçilər arasında silahlı insident olub. Modern.az Turkiyə mediasına istinadən xəbər verir ki, atışmada bir hərbçi şəhid olub, biri isə yaralanıb.

Məlumata görə, İran sərhədində yerləşən Gürbulaq keçid məntəqəsi yaxınlığında baş verən qarşıdurmada yaralanan Haşim Türkoğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Ağır yaralanan Çavuş Van Yüzüncü isə xəstəxanalardan birinə yerləşdirilib.

 

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyatlar başladılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı