Modern.az

Məleykə Abbaszadə: "100 bal toplayan abituriyentlər kolleclərə düşə bilərlər"

Məleykə Abbaszadə: "100 bal toplayan abituriyentlər kolleclərə düşə bilərlər"

Ölkə

15 İyul 2011, 15:11

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 10 mindən artıq abituriyent sənəd verib.

Modern.az saytı xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının (TQDK) sədri Məleykə Abbaszadə bü gün keçirtdiyi mətbuat konfransda jurnalistlərə məlumat verib. TQDK sədri bildirib ki, 2011/2012-ci tədris ilində I ixtisas qrupu üzrə minimum 100 bal toplayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə bilərlər. 

M.Abbaszadə qeyd edib ki, ali məktəblərə ixtisas seçimi başa çatdıqdan sonra universitet və institutlara müsabiqəyə buraxılmayan abituriyentlərdən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı