Modern.az

Vəhşi və yazıq müsəlman…

Vəhşi və yazıq müsəlman…

Ölkə

16 İyul 2011, 11:27

Bu imici Qərb dövlətləri biz müsəlmanlar üçün formalaşdırırlar. Onlar elə bir təəssürat yaradırlar ki, İslam dünyasına mənsub olan insanlar XXI əsrin ən vəhşi toplumudur. Onlar bizləri həm qəddar, zalım, həm də yazıq və zəlil bir qrup kimi qələmə verirlər. Onların 100-150 ildə həyata keçirdikləri siyasətin əsas məğzi də məhz budur. Bunda müsəlmanların da günahı az deyil. “Əl-Qaidə”, “Taliban” kimi terror təşkilatları olmasaydı, bəlkə də bizim haqqımızda bu qədər mənfi imic də formalaşmazdı. Əgər Üsamə bin Laden, Molla Ömər kimi özlərini müsəlmanların xilaskarı kimi qələmə verən terroristlər olmasaydı, bəlkə də bu gün Qərb bizim üzərimizə bu qədər kəskin hücum etməzdi. Ya da Avropada peyğəmbərimiz Məhəmməd Əleyhissəlamı təhqir edən məqalələr yazılmaz və karikaturalar çəkilməzdi.  

… Həftənin şənbə günü işdən çıxıb evə getdim və bir qədər istirahət etdikdən sonra oturub DVD-də bir kinoya baxdım. Əsas məzmunu Afrikanın Sudan ölkəsində baş verən vətəndaş müharibəsindən götürülən bu filmdə müsəlmanlar vəhşi, xristianlar isə kövrək qəlbli, hər şeyə həssas bir toplum kimi qələmə verilib. Belə ki, bir qrup amerikalı jurnalist Sudana gələrək daxili çarpışmalarda əzilən xalqın vəziyyəti ilə maraqlanmaq və onların dərdlərinə şərik olmaq istəyirlər. Buna görə də, Sudan hökumətindən icazə alaraq, müsəlman terroristlərinin nəzarətində olan müsəlman kəndinə gələrək və camaatın dərdləri ilə maraqlanmağa başlayırlar. Gətirdikləri ərzağı da verib, yollarına davam etmək istəyəndə müsəlman terrorçularla qarşılaşırlar. Qaçmaq istəsələr də, müvəffəq olmurlar və camaatın arasında qalırlar. Terrorçular isə gəlib onları zorla kənddən çıxardırlar. Jurnalistlər getdikdən sonra isə öz müsəlman qardaşlarına divan tutmağa başlayırlar. Əvvəlcə kişilərin gözü qabağında qadın və uşaqları güllələyir, bəzi qadın və gənc qızları isə zorlayırlar. Bütün qadınları və uşaqları qırdıqdan sonra isə kişiləri hissə-hissə divara söykəyərək gullələyirlər. Sağ qalanları isə torpaqdan tikilmiş qamış evlərə doldururlar və kəndə də od vurub yandırırlar…

Bu arada jurnalstlərdən ikisi və onları müşaiyət edən hərbiçilərdən biri yarı yoldan qayıdıb kənd camaatını xilas etmək istəyirlər. Düzdür, bir neçə terroristi öldürsələr də, özləri də həlak olurlar və camaatı xilas edə bilmirlər. Hətta jurnalistlərdən birinin üstünə bezin töküb diri-diri yandırırlar. Bir sözlə, əsl vəhşilik baş verir. Qadın-uşaq, qoca-cavan demədən bütün kənd məhv edilir. Yalnız bir neçə aylıq körpə uşaq sağ qalır.

Eynilə, Qarabağda, Şimali Kiprdə, Kosovada, Əfqanıstanda, İraqda və digər müsəlman ölkələrində baş verən qırğın burda da baş verir. Bir fərq var ki, onların qıran elə müsəlmanların özləridir. Bir sözlə, onlar çatdırmaq istəyirlər ki, harda müsəlman varsa, orda da vəhşilik var. Məhz bu səbəbdən də Fransa və digər ölklərdə müsəlmanların haqlarını əllərindən  alan qanunlar yazaraq parlamentlərində təsdiq etdirirlər. Digər tərəfdən də Livanda, Misirdə, Suriyada müsəlmanları üz-üzə qoyurlar və kənardan ağıldan kəm müsəlmanların etdikləri vəhşiliklərə kinoya baxırmış kimi izləyərək qəh-qəhə çəkərək gülürlər.

…Görəsən Amerika və Avropa kinoşünasları bu kinonun ssenarisini yazmamışdan əvvəl həmdinləri olan ermənilərin Qarabağda, yunanların isə Şimali Kiprdə nə qədər qız-gəlinlərimizi zorlayıb, sonra da kürəklərinə qaynar samovar bağlatdırıb kilometrlərlə yol qaçırtdıqlarını bilirlərmi? Ya da Miloş Obiliçin Kosovada müsəlmanlara qarşı törətdikləri qanlı qırğınlardan xəbərləri varmı? Ya da 1935-1945-ci illərlə Avropanın göbəyində Hitlerin cinsindən və dinindən asılı olmayaraq bütün insanlığı qaz kameralarında məhv etdiyini nə tez unutdu, bizim bu rejissor və ssenarist dostlarımız? Məsəl var, deyərlər: Öz gözündə tiri tapmayan başqasının gözündə qaş axtarmasın. Mən bu yazımla xristian-müsəlman ayrı-seçkiliyi salmaq istəmirəm. Bütün insanlar yalnız Allah dərgahında bərabər olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı