Modern.az

Dövlət qurumlarının mətbuat katiblərini xaricə təcrübəyə apardılar (FOTO)

Dövlət qurumlarının mətbuat katiblərini xaricə təcrübəyə apardılar (FOTO)

Ölkə

18 İyul 2011, 08:43


Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və ATƏT-in Bakı ofisi Azərbaycanın bir sıra dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşlarını bu gün Londona aparıb.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nümayəndə heyətinə Prezident Administrasiyası, Milli Məclis, Naxçıvan MR-in Ali Məclisi, Xarici İşlər, Ədliyyə, Səhiyyə, Daxili İşlər, Mədəniyyət və Turizm, İqtisadi İnkişaf nazirlikləri, Respublika Prokurorluğu və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları daxildirlər.
İyulun 23-dək davam edəcək səfərin məqsədi Böyük Britaniyada informasiya azadlığı və informasiya əldə etməyə dair mövcud təcrübəni öyrənməkdir. Azərbaycandan olan mətbuat xidmətlərinin əməkdaşları Böyük Britaniyadakı həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı