Modern.az

Traktor məktəbdən çıxan şagirdi vurub öldürdü

Traktor məktəbdən çıxan şagirdi vurub öldürdü

Ölkə

7 Fevral 2018, 14:28

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.  

Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!