Modern.az

“Jurnalist hara, dincəlmək hara - vaxt və pul yoxdur” (Qələm əhlinin şikayəti)

“Jurnalist hara, dincəlmək hara - vaxt və pul yoxdur” (Qələm əhlinin şikayəti)

Ölkə

18 İyul 2011, 16:57

Qızmar yay günlərində hamı istəyir ki, heç olmasa bir neçə günlüyə də olsa təbiət qoynunda  dincəlsin, stressdən azad olsun, daxili enerji toplasın. Təbii ki, hamı bu istəyini reallaşdıra bilmir, ya maddi durumu buna inkan vermir, ya da vaxt çatışmazlığı. Daim gərgin rejimdə işləyən və stress altında olan jurnalistlərin isə dincəlməyə böyük ehtiyacları var.
Modern.az saytının media nümayəndələri ilə apardığı sorğu zamanı məlum oldu ki, jurnalistlər də məhz istirahət arzularını reallaşdıra bilməyənlər sırasında təmsil olunurlar.

“Olaylar” qəzetinin əməkdaşı Elman Cəfərli bildirdi ki, bu yay mövsümündə istirahət edəcək. “İyulun 22-dən sonra istirafət gedəcəyik. Şənbə və bazar günləri boş vaxtdan yararlanıb Qəbələ, Xaçmaz, İsmayıllıda  bir neçə gün olduq. Yəqin ki, yenidən istirahət üçün bu rayonlardan birini seçərik”.
Yay aylarında jurnalistlərin istirahət etməsinin vacib olduğunu deyən E.Cəfərli qeyd etdi ki, media nümayəndələrinin maddi durumu ölkədaxili turizim məkanlarında istirahət üçün yetərlidir. “Şərt deyil ki, beşulduzlu oteldə qalasan. Təbiət qoynuna getmək olar, rayonlarda münasib yerlər var ki, orda qalmaq olar, qohumların evində qalıb istirahət etmək olar. Təbii ki, Azərbaycan jurnalistlərinin maaşı beşulduzlu oteldə qalmağa imkan vermir”.

“525-ci qəzeti”in əməkdaşı Pərvanə Sultanova bildirdi ki, Azərbaycan jurnalistikasının vəziyyəti jurnalistlərin istirahətinə imkan vermir. “Nəinki xarici ölkədə, heç öz rayonlarımızda istirahət üçün əmək haqqımız imkan vermir. Əgər  imkanım olsaydı Misirin Şarm-əl Şeyx  şəhərini seçərdim”.
P.Sultanova qeyd etdi ki, bu ilki yay mövsümündə bir həftə, yaxud 10 gün müddətinə doğulduğu Sabiraba rayonuna gedəcək. “Sabirabat istirahət üçün əlverişli yer deyil. Yayda istidən nəfəs almaq olmur. Qohumları görmək, onlarla vaxt keçirmək üçün gedəcəm”. 

“Şərq” qəzetinin əməkdaşı Tahirə Məmmədqızı bildirdi ki, maddi durumu istirahət üçün yetərli deyil. “Öz hesabımıza da istirahətə getməyə imkanım yoxdu. Dunyanın hər yerində yay aylarında jurnalistlər bir ay istirahət edirlər, bizim jurnalistlər isə bundan məhrumdurlar”.
T.Məmmədqızı deyir ki, jurnalistlər bir gün işləmədikdə bu, onların əməkhaqlarına təsir edir.   
“Ölkədə müxtəlif sahələrdə dircəlişin olduğu söylənilir, amma mətbuat bundan kənardır” deyən həmkarımız heç olmasa, qarşıdan gələn Milli Mətbuat günündə jurnalistlərə xüsusi diqqət ayrılmasını istəyir.
“Qarşıdan mətbuatın 136-cı ildönümü gəlir, çox istərdik ki, ölkə başcısı jurnalistlərin cətin vəziyyətdə olduğuna diqqət yetirsin və problemlərin həlli üçün üçün bir jest etsin”.
Həkimlərdən, müəllimlərdən və dövlət qulluğunda çalışan digər şəxslərdən fərqli olaraq jurnalist maaşının stabil olmadığını və media nümayəndələrinin bir ay rəsmi məzuniyyətə getmək haqqından yararlana bimədiyini vurğulayan T.Məmmədqızı qeyd etdi ki, əgər jurnalist istirahətə gedirsə, bu yalnız öz hesabına mümkün olur.
“Maddi dumumum yaxşı olsaydı, ya xarici ölkələrdən birində, ya da ölkəmizin müxtəlif istirahət məkanlarında, cənub bölgəsində azı bir həftə ailəmlə birgə dincəlmək istərdim”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı bildirdi ki, istirahətə gedəcək və buna maddi imkanı çatır. “Qazax rayonuna getmək fikrim var. Ailəm o qədər də böyük olmadığı üçün maddi imkanım istirahət etməyə çatır” deyən R.Daşsalahlı jurnalistlərin bugünkü maddi durumunun istirahət üçün yetərli olub-olmaması ilə bağlı suala “əgər jurnalistin ailəsi böyükdürsə, qazanc yetərli deyil, kiçik ailəsi olan üçün yetərlidir” cavabını verdi.

“Bakı Xəbər” qəzetinin əməkdaşı Rufət Sultan Azərbaycanda jurnalistlərin vəziyyətinin fəhlələrdən daha ağır olduğunu söylədi. “Jurnalistlərin nə vaxt maddi imkanı olub ki, istirahət etsin..?! Fəhlələr azı bir ayda 300 manat əmək haqqı alur, jurnalistlər isə 200 manata işləyir”.
R.Sultan nəinki xariçi ölkələri, hətta doğulduğu Qəbələ rayonunun istirafət məkanlarını gəzməyə imkanının olmadığını vurğuladı.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanılının isə “istirahət edəcəksinizmi” sualına cavabı birmənalı şəkildə “yox!” oldu. Azərbaycan jurnalistikasının vəziyyətinin göz önündə olduğunu deyən müsahibimiz bildirdi ki, maddi vəziyyəti ilə bağlı istirahətə getməyəcək.
“Təbii ki, istərdim ki, Gürcüstanın gəzməli yerlərinə gedib istirahət edim və ya Yessentukidə dincəlim. Amma bu hüç cür mümkün deyil”.
Bu yay istirahətini elə istirahət günləri Bakıda keçirəcəyini deyən E.Balaxanılı “Azərbaycanın ən iri tirajlı qəzetlərindən biri “Yeni Müsavat”dır, bizdə vəziyyət belədirsə, digərlərini təsəvvür etmək istəmirəm” deyə əlavə etdi.

APA-nın müxbiri Teymur Zahidoğlu bildirdi ki, Azərbaycan jurnalistlərinin maddi durumu bir il ərzində gördükləri işin müqabilində dincəlmək üçün yetərli deyil. Buna rəğmən T.Zahidoğlunun özü dincəlmək üçün maddi imkan və vaxt tapa bilir.
“İl ərzində 3-5 dəfə çox qısa müddətə dincəlmək üçün həm maddi imkan, həm də vaxt tapa bilirəm”.

“Azadlıq” qəzetinin əməkdaşı Vidadi Məmmədli də sualımıza qısaca “xeyr! Dincələ bilməyəcəm” deyə cavabı verdi. Daha sonra həmsöhbətimiz əlavə etdi ki, Azərbaycanda  jurnalistlərin imkanı heç bir zaman istirahət üçün yetərli olmayıb. “Bizim işimiz ancaq fəhləlikdir, bütün günü yazmaq, cəmiyyəti marifləndirmək....”.

“Bizim yol”qəzetinin əməkdaşı Nemət Orucov bildirdi ki, Azərbaycanda mətbuat sahəsində çalışan istər jurnalistlərin, istərsə də texniki işcilərin əməkhaqları istirahtə getmək üçün kifayət etmir. “Müşahidələrim əsasında deyə bilərəm ki, jurnalistin bir aylıq əməkhaqqı ilə normal halda ortabab yerdə bir həftə istirahət etmək olar. Bunu dəfələrlə jurnalistlər də yazırlar ki, Azərbaycanda turizim qiymətləri çox bahadır”.
Buna baxmayaraq N.Orucov bildirdi ki, iş yoldaşı ilə birgə istirahətə getmək fikri var. “İki gün iş yoldaşımla Qaxda olduq, dincəlməyə çalışdıq. Düzdür, vaxt çox az idi, yenidən istyirahət üçün bir-iki günlüyə rayonlardan birinə getmək fikrim var”  

Sədaqət SÜLEYMANOVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı