Modern.az

Beynəlxalq Banka yeni baş direktor - FOTO

Beynəlxalq Banka yeni baş direktor - FOTO

Ölkə

9 Fevral 2018, 12:51

"AccessBank"da kadr dəyişikliyi baş verib.

Modern.az-ın məlumatına görə, Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında Baş direktor vəzifəsinə təyinat alıb.

A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.

 

A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.

"AccessBank" A.Süleymanlıya gələcək fəaliyyətində uğurlar arzulayır!

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı