Modern.az

"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı, azarkeşlər komandanı fitə basdı

"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı, azarkeşlər komandanı fitə basdı

Ölkə

19 İyul 2011, 23:32

Iyulun 19-da Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşlərinə start verilib. Bu mövsüm ölkəmizi ÇL-də təmsil edən Bakının “Neftçi” klubu öz meydanında Zaqreb “Dinamo”su ilə qarşılaşıb. Komandamız meydançanı başıaşağı tərk edib.

“Neftçi” ilk görüşdə rəqibinə 0:3 hesabı ilə məğlub olduğundan komandamızın işi zor idi. Böyükhesablı qələbəyə inam az idi. Belə də oldu. "Neftçi" Çempionlar Liqası ilə bərbad oyunla vidalaşdı. Bakılılar rəqibə heç bir qol da vura bilmədilər - 0:0. 
Oyun boyu əsəbiləşən azərbaycanlı azarkeşlər tribunadan gah "İstefa!" şüarı qışqırır, gah da məğlubiyyətlə barışan "Neftçi"ni fitə basırdı...

"Neftçi" – "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:0
Hakimlər: Hannes Kaasik (Estoniya), Tixon Kaluqin (Rusiya), Janus Mutli, Roomer Tarajev (hər ikisi Estoniya).
Hakim-inspektor: Leyf Sandell (İsveç).
UEFA nümayəndəsi: Yakes Antenen (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
(İlk oyun - 0:3)

"Neftçi"nin start heyəti: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 6. Slavço Georgiyevski, 7. Rodriqinyo, 9. Flavinyo, 10. Emil Mpenza, 14. Bahodir Nasimov, 18. Ruslan Əmircanov, 15. Ruslan Abışov, 27. Rəşad Abdullayev.

"Dinamo"nun start heyəti:
30. İvan Kelava, 14. Şime Vrsalko, 13. Tonel, 24. Domaqoy Vida, 3. Luis İbanes, 7. Yerko Leko, 16. Milan Badel (k), 20. Mehmet Alispahiç, 10. Sammir, 21. Fatoş Beçiray, 99. İvan Krstanoviç.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı