Hollivudda azərbaycanlı aktyorların işləməsi hələ bizə fantastik görünsə də, ilkin rüşeymlər artıq var. Düzdür, bu tək-tük şəxslər daha çox qarışıq ailərədən olsa da, hər halda bir “ucu”nun bizə gəlib çıxması diqqətçəkən faktdır. Modern.az Hollivudda çalışan tanınmış aktrisa, Azərbaycan əsilli Nadiyə Aleksandra Byörlin barədə məlumatları oxuculara çatdırır.
Azərbaycanlı və İsveç mənşəli amerikalı aktrisa və model Nadiyə Byörlin Rod Aylend ştatında, 1980-ci il avqustun 2-də anadan olub. Onun atası isveç bəstəkarı və diriojoru Uolf Byörlin, anası isə əslən Cənubi Azərbaycandan olan Fəridədir. Anası interyer dizayneri olub. Nadiyənin 7 yaşı olmamış ailə İsveçə köçüb.
Hollivudda tanınan aktrisa Azərbaycan dilində əla danışır. Ana dilindən əlavə, Nadiyə ingilis, isveç, fars dillərini də yaxşı bilir. Aktrisa həmçinin özünün soprano səsi ilə məşhurdur. Ailədə iki qardaşın bir bacısı olan Nadiyə qardaşaları Uolf və Cin Polla birlikdə şou-biznesdə uğur qazana bilib. Cazibədarlığı ilə fərqlənən Nadiyəyə hələ lap gənc yaşlarından biganə qala bilməyiblər. 1998-ci ildə o, Floridada keçirilən “Miss Florida” gözəllik müsabiqəsində ikinici yeri tutub.
Nadiyəyə aktrisa kimi çox böyük uğur gətirən “Days of Out Lives” teleserialı olub. Tanınmış aktyor Klo Leynlə birlikdə 1999-cu ildən 2003-cü ilədək bu serialda uğurla çıxış edən Nadiyə 2003-cü ildən özünü müğənni kimi sınamaq qərarına gəlib. Bir müddət sonra o, məşhur opera ulduzuna çevrilir.
Amma 2004-cü ildə Nadiyə yenidən seriala qayıdır. 2005-ci ildən isə Nadiyə “Love, Sex & Secrets” serialına çəkilir. Nadiyəyə ən böyük uğuru baş rolu oynadığı “If I Had Known I Was a Genus” filmi gətirib. Onunla bərabər bu filmdə Hollivudun çox məşhur aktrisaları Şeron Stoun, Vudi Qoldberq, Tara Reyd, Markus Redmond və digərləri çəkilib. Bundan sonra Nadiyə 2007-ci ildə “Redline” filmində baş rolu ifa edib.
Rəsmi nikahda olmayan Nadiyə hazırda çəkildiyi “Days of our Lives” serialında həmkarı Brendon Bimerlə münasibət saxlayır.
Modern.az