Modern.az

Elmin İnkişafı Fondu 1-ci müsabiqənin qaliblərini elan etdi (SİYAHI)

Elmin İnkişafı Fondu 1-ci müsabiqənin qaliblərini elan etdi (SİYAHI)

Ölkə

20 İyul 2011, 22:02

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə bu ilin əvvəlində elan etdiyi 1-ci müsabiqənin nəticələrini açıqlayıb. Modern.az-ın xəbərinə görə, bu barədə Elmin İnkişafı Fondunun icraçı direksiyasından məlumat verilib.

Müsabiqə tәbiәt, dәqiq, texniki, humanitar vә ictimai elmlәr sahәsi üzrə keçirilib. Fonddan verilən məlumata görə, 12 yanvar – 11 fevral 2011-ci il tarixlәri arasında quruma 184 layihә daxil olub. 12

fevral – 12 iyun aralığında layihәlәrin texniki vә elmi ekspertizası aparılıb. 29 layihә texniki ekspertiza mәrhәlәsindәn keçmәyib, 155 layihә isә elmi ekspertizaya buraxılıb. Ekspertiza işinә Elmin İnkişafı Fondunun daimi ekspertlәri vә müstәqil ekspertlәr  cәlb olunub.
Elmin İnkişafı Fondunun Himayәdarlar Şurasının 2011-ci il 18 iyul tarixli iclasında ekspertiza qaydalarına uyğun olaraq layihәlәrin yekun toplanmış ballara görә sıralanmış siyahısı müəyyənləşdirilib.

2011-ci il üçün 1-ci müsabiqә çәrçivәsindә 82 qalib layihә müәyyәnlәşdirilib, 2011-ci il üçün 1-ci müsabiqә üzrә qalib layihәlәrin ümumi maliyyәlәşdirilmә hәcmi 6 milyon 600 min manat olub.  Layihәlәrin müsabiqәdәn keçmәsi barәdә Elmin İnkişafı Fondunun qәrarının qәbul edildiyi gündәn etibarәn üç ay әrzindә Elmin İnkişafı Fondunun icraçı direksiyası ilә layihә rәhbәri arasında layihәnin yerinә yetirilmәsi barәdә lazımi sәnәdlәr toplusu hazırlanmaqla müvafiq müqavilә bağlanılacaq.

(Qaliblərin siyahısına baxmaq üçün bu linkə daxil olun - //sdf.gov.az/qrant/eif_2011_1_qalibler.pdf)

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı