Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Yaxın 3 gündə istilərdən özünüzü qoruyun"

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Yaxın 3 gündə istilərdən özünüzü qoruyun"

Ölkə

25 İyul 2011, 12:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yaxın 3 gün ərzində Abşeron yarımadasında kəskin istilər müşahidə olunacaq. Belə ki, yarmadada zəif sahil küləklərinin üstünlüyü fonunda kəskin isti temperatur şəraiti əksər əhali üçün, xüsusən də uşaq, yaşlı və xəstə insanlar üçün əlverişsizdir. Günün qızmar vaxtı açıq havada olmaq məsləhət görülmür. 

Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 35-39 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə isti olacaq.

İyulun 27-də də günəşli hava gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, yarımadanın bəzi yerlərində 40° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 35-40 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə isti, gündüz 27-32 dərəcə isti təşkil edəcək. 

Ayın 27-də axşam, 28-də gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° isti, dağlarda gecə 15-20° isti, gündüz 29-34° isti müşahidə olunacaq. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı