Modern.az

"Azərsu" bakılıları xəbərdar etdi: "Supulu yığanları qovun.., sayğaclar pulsuzdur..."

"Azərsu" bakılıları xəbərdar etdi: "Supulu yığanları qovun.., sayğaclar pulsuzdur..."

Ölkə

26 İyul 2011, 14:12


“Özlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən fırıldaqçılar mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinə görə nağd pul tələb edirlər. Vaxtilə “Azərsu” ASC-də işləmiş və sonradan işdən çıxarılmış bəzi şəxslər də bu üsulla vətəndaşları aldadırlar. Onlar buna görə istehlakçılara saxta qəbzlər təqdim etməkdən belə çəkinmirlər. Nəticədə vətəndaşların fırıldaqçılara ödədiyi pul onların hesabına oturmur və gələcəkdə “Azərsu” ASC ilə abunəçilər arasında mübahisələrə səbəb ola bilər”.  Bu barədə Modern.az-a “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, bu cür xoşagəlməz halların baş verməməsi üçün “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, heç bir halda nəzarətçilərə nağd pul ödəməsinlər, nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar.
“Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahələrini məlumatlandırsınlar.
Bunlarla yanaşı, Bakının ayrı-ayrı rayonlarında yaşayan abunəçilər su sayğaclarının quraşdırılması müqabilində onlardan 30-40 manat pul istənilməsindən şikayət edirlər. “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, əhali istehlakçı qrupu üzrə texniki şərtin verilməsi və sayğacların quraşdırılması pulsuzdur.
Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar” - deyə “Azərsu”dan bildirilib.

Rayon Sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi                 555-13-72: 429-62-96: 429-60-97
Suraxanı Sukanal sahəsi                 477-73-12: 477-90-47: 477-09-26
Xəzər Sukanal sahəsi             454-08-13: 554-95-37: 554-95-38
Nizami Sukanal sahəsi           375-59-34: 375-54-61
Nəsimi Sukanal sahəsi            498-00-89: 498-00-85
Səbail Sukanal sahəsi             491-47-88: 492-44-47
Yasamal Sukanal sahəsi         432-01-34: 511-21-63
Xətai Sukanal sahəsi              379-20-86: 372-00-20
Nərimanov Sukanal sahəsi     562-48-74: 561-71-44:
Binəqədi Sukanal sahəsi        555-13-64: 555-13-65: 562-25-54
Qaradağ Sukanal sahəsi         445-07-27: 445-85-60
Abşeron Sukanal İdarəsi                342-12-57: 342-11-29
Sumqayıt Sukanal İdarəsi               4-44-41   5-09-03

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı