Ağılın nəfsə qalib gəldiyi ay başlayır
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası mübarək Ramazan ayının başlanması ilə bağlı fətva verib. Modern.az xəbər verir ki, Qazilər Şurasının fətvası bu gün QMİ-də keçirilən tədbirdə elan olunub. Fətvaya əsasən, mübarək Ramazan ayının ilk günü miladi təqvimlə bu il avqustun 1-nə təsadüf edir.
İyulun 31-i orucluğun niyyət gecəsidir. Şəvval ayı hilalının görünməsindən asılı olaraq, Ramazan – Fitr bayramı hicri təqvimi ilə Ramazan ayının 29-na və ya 30-na – Miladi təqvimi ilə avqustun 30-na və ya 31-nə təsadüf edir.
Modern.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi Ramazan təqvimini diqqətinizə çatdırır:


Modern.az