Bu gün Avroliqanın III təsnifat mərhələsinin ilk oyuna çıxan Azərbaycanın yeganə təmsilçisi Ağdamın "Qarabağ" klubu Belçikada yerli “Brügge” ilə qarşılaşır.
Modern.az saytının məlumatına görə, saat 23.30-da qarşılaşmaya start verilib.
“Qarabağ” bundan öncəki mərhələlərdə Litvanın "Banqa" və Farer adalarının "Streymur" komandalarını sıradan çıxarıb.
İnanmaq istədik ki, "Qarabağ" bu mərhələni də uğurla keçəcək.
Komandada yeganə itki "Qarabağ"ın kapitanı Rəşad Sadiqovun yoxluğudur. Sadiqovun qardaşı Səbuhi Sadiqovun vaxtsız dünyasını dəyişməsi nəticəsində Rəşad bu günkü oyunu buraxmalı olub.
"Brügge" - "Qarabağ"
Hakimlər: Arnold Hanter, Paul Mann, Riçard Storey, Ross Danlor (hamısı Şimali İrlandiya).
UEFA nümayəndəsi: Torir Hakonarson (İslandiya)
Hakim-inspektor: Kristakis Skapoullis (Kipr).
Brügge. Yan Breydel stadionu.
"Qarabağ"ın start heyəti: 99. Boyan Pavloviç, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov, 7. Namiq Yusifov (k), 11. Rauf Əliyev, 2. Qara Qarayev, 17. Vüqar Nadirov, 24. Admir Teli, 22. Əfran İsmaliyov, 25. Ansi Aqolli, 77. Georgi Adamiya
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Zaur Həşimov, Bəxtiyar Soltanov, Emin İmaməliyev, İlqar Qurbanov, Nderim Necipi
"Brügge"nin start heyəti: 1. Kolin Kusemans, 3. Mixael Almedak, 4. Karl Hufkens (k), 5. Fredirix Stenman, 6. Niki Zimlinq, 8. Lior Refailov, 9. Byorn Fleminks, 10. Nabil Dirar, 13. Viktor Vaskes, 18. Rayan Donk, 32. Vadis Ocidca
Ehtiyat oyunçular: Kujoviç, Vanstinkiste, Hoqli, Van Aker, Akpala, Meuniyer, Lestien.
***
Oyunda artıq hesab açılıb. Belçika klubu 1:0 irəlidədir... 10-cu dəqiqədə Fleminks "Brügge"ni irəli çıxarıb...
13-cü dəqiqədə zədə alan Vüqar Nadirovu İlqar Qurbanov əvəzləyib...
İlk hissə rəqibin 1:0 hesablı üstünlüyü ilə başa çatdı...
***
İkinci hissə "Qarabağ" üçün yaxşı başlamadı. 47-ci dəqiqədə komandamızın oyunçusu Aqolli qaydanı pozaraq sarı vərəqə ilə cəzalandırıldı....
55-ci dəqiqədə rəqibin təhlükəli hücumu qolla nəticələndi. Vaskes fərqləndi - 2:0.
60-cə dəqiqədə Əfran İsmayılovun vurduğu top rəqib qapısının tirindən döndü.
62-ci dədiqədə "Qarabağ"ın növbəti hücumu və komandamız hesab fərqini azaldır - 1:2.
Əfran İsmayılovun ötürməsini Rauf Əliyev qola çevirdi.
64-cü dəqiqədə rəqibin kapitanı Hufkens qaydanı pozaraq sarı vərəqə ilə cəzalandırıldı.
66-cə dəqiqədə daha bir rəqib oyunçu - Donk da sarı vərəqə alır...
71-ci dəqiqədə "Brügge"nin daha bir hücumu qolla nəticələndi. Donk hesab arasındakı fərqi artırdı - 3:1.
83-cü dəqiqədə Nabil Dirar 4-cü topu qapımıza vurur - 4:1
Oyun "Qarabağ"ın 1:4 hesablı məğlubiyyətilə başa çatdı...
Modern.az