Qüdrət Həsənquliyev hər kəsi «Azad musiqi torpaqları işğal altında olan ölkədə» kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bəyan edib ki, 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi öncəsi bəzi xarici qüvvələr ölkəmizin nüfuzuna xələl gətirmək və bu müsabiqənin gətirəcəyi pozitiv dividendləri öncədən şübhə altına almaq üçün müxtəlif vasitələrə əl atırlar.
“Bu məqsədlə bir neçə gün öncə fəaliyyət istiqamətləri və prioritetləri hər kəsə bəlli olan bir qrup nüfuz müvvəkili tərəfindən «Azad müsişi azad olmayan ölkədə» adlı təxribat xarakterli kampaniyaya başlanılıb”-deyə BAXCP bildirib.
BAXCP hələ bir müddət öncə, Azərbaycanın «Eurovision-2011» mahnı müsabiqəsində qələbəsindən sonra bəyanatla çıxış edərək ölkənin bütün siyasi qüvvələrini 1 il müddətinə kütləvi aksiyalara moratorium qoymağa çağırmışdı.
Bu dəfə isə BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev «Eurovision-2012» mahnı müsabiqəsi öncəsi diqqəti Azərbaycan torpaqlarının işğalına yönəltmək üçün yeni təşəbbüslə çıxış edib və ölkənin ərazi bütövlüyünün bərpa olunmasını arzulayan hər kəsi «Azad musiqi torpaqları işğal altında olan ölkədə» kampaniyasına qoşulmağa və dəstək verməyə çağırıb.
Modern.az