Modern.az

Hacı Mirəziz Seyidzadə: "İstidə oruc tutmağın özü bir imtahandır"

Hacı Mirəziz Seyidzadə: "İstidə oruc tutmağın özü bir imtahandır"

Ölkə

1 Avqust 2011, 12:41

Bu gündən müqəddəs Ramazan ayı başlayıb. İsti yay aylarında oruc tutmaq heç də asan deyil. Bir yandan tərləmək, o biri yandan bütün günü susuz qalmaq orqanizmin mayeyə olan tələbatını artırır. Normalda hər bir insan gün ərzində 2 litr maye içməlidir.

Ramazan ayının isti günlərə düşməsini nəzərə alanda, oruc tutanların hansı əziyyətlərə qatlaşdığını təsəvvür etmək çətin deyil. Elə bunu nəzərə alan həkimlər deyirlər ki, isti günlərdə oruc tutan adamlar ağır, fiziki işlərdən çəkinməli, sərin yerlərdə işləməlidirlər.

İnanclı şəxslər deyirlər ki, belə bir zamanda oruc tutmağın özü bir imtahandır.

Qafqaz Müsəlmanlar İdarəsinin şöbə müdiri hacı Mirəziz Seyidzadə Modern.az saytının əməkdaşı ilə söhbətdə bildirib ki, Allah orucluğu insanlar üçün göndərib. Allah tərəfindən göndərilən qanunlar istisna olunmur.
“Allahın əmri belədi ki, xəstə adamlar, səfərdə olan insanlar oruc tuta bilməz”.


Hacı Mirəziz qeyd edib ki, oruc tutmaq Allahın əmridi və Yaradan onu ilin bütün fəsillərinə salıb.
“Allah orucluğu insanlar üçün bir imtahan kimi göndərib. İlin hansı fəslində olursa olsun, isti də və ya soyuqda, oruc tutmaq çətindi. Oruc tutan adamlar özlərini imtahan edirlər, görürlər ki, tuta bilir, ya yox”.

Mail Ağaxanov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı