Modern.az

Qubada soyqırımı muzeyinin 1-ci mərtəbəsi tamamlanmaq üzrədir

Qubada soyqırımı muzeyinin 1-ci mərtəbəsi tamamlanmaq üzrədir

Ölkə

2 Avqust 2011, 10:28


“Quba kütləvi məzarlığında tikinti işləri davam etdirilir”. Bunu Modern.az saytına Milli Məclisin Qubadan olan deputatı Yevada Abramov bildirib: “Müzeyin  birinci mərtəbəsində tikinti işlərinn tamamlanması başa çatmaq üzrədir. Ancaq müzeyin tikintisinin 2012-ci ilə qədər yekunlaşması o qədər də inandırıcı görünmür. Rayonda Heydər Əliyev Mərkəzi və 7 ulduzlu otel də tikilir. Demək istəyirəm ki, rayonda çox böyük tikinti işləri aparılır. Hər halda müzeydə ciddi işlər aparılır, hesab edirəm ki, müzeydə tikinti işləri yaxın illərdə başa çatdırılacaq. Bundan sonra Azərbaycan gerçəkliyi, ermənilərin Azərbaycanda törətdiyi soyqırımı və vəhşiliklər müzey vasitəsilə açıq şəkildə bütün dünyaya ictimaiyyətinə  çatdırılacaq”.

Qubada soyqırımı muzeyinin tikintisinə ötən ilin sonlarından başlanılıb. Tikintini “AZİNKO” şirkəti həyata keçrir.

2009-cu il dekabrın 30-da Prezident İlham Əliyev Qubadakı kütləvi məzarlıqda “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə sərəncam imzalayıb.
Prezidentin Ehtiyat Fondundan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1 milyon manat məbləğində vəsait ayrılıb.

Məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Tədqiqat zamanı məzarlıqda 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Kütləvi məzarlıq 2007-ci ilin aprelində ərazidə torpaq işləri görülərkən aşkar edilib. Məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu təsdiqlənib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı