Modern.az

Eldar Namazov: “Akademik Saxarov Qarabağda referendum keçirmək planını Qorbaçova təqdim etmişdi”

Eldar Namazov: “Akademik Saxarov Qarabağda referendum keçirmək planını Qorbaçova təqdim etmişdi”

Ölkə

2 Avqust 2011, 11:56

Prezident katibliyinin keçmiş rəhəri “Saxarov planı”nın soydaşlarımızın qovulmasına rəvac verdiyini bildirir

Qərbi azərbaycanlıların hüquqlarını müdafiə edən “Deportasiya Qurbanları Mərkəzi” Dağlıq Qarabağ danışıqlarına İrəvandan qovulmuş azərbaycanlıların məsələsinin daxil edilməsini təkilf edib. Bu barədə Modern.az-a açıqlamasında qurumun İdarə Heyətinin üzvü, Prezident katibliyinin keçmuş rəhbəri Eldar Namazov bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan siyasətində bir sıra ümummilli məsələlər var ki, onlar önəmlidir. Bunlar Dağlıq Qarabağ, Cənubi Azərbaycan, Borçalı və Qərbi azərbaycanlıların deportasiya ilə bağlı olan ümumilli məsələlərdir.

“Deportasiya məsələsi Dağlıq Qarabağla bağlı aparılan danışıqların gündəliyinə salınmalıdır. Hesab edirik ki, Qərbi azərbaycanlıların məsələsinin Qarabağ danışıqları kontekstində müzakirə olunmaması ciddi səhvdir. Danışıqlarda Dağlıq Qarabağ ermənilərinə verilən hüquqlar eyni zamanda Ermənistandan qovulan azərbaycanlılara da şamil edilməlidir”-deyə E.Namazov vurğulayıb. Politoloqun sözlərinə görə, Qərbi azərbaycanlıların deportasiyası Qarabağla bağlı aparılan danışıqlar prosesinə müncər edilməlidir.

E. Namazov bildirib ki, soydaşlarımızın İrəvandan qovulmasının bir vacib nüansı da akademik Saxarovun o zaman SSRİ prezidenti Mixail Qorbaçova təqdim etdiyi “sülh layihəsində”n doğulub. Belə ki, 80-ci illərin sonunda Bakıya və İrəvana gələn Saxarov burada etnik mübahisələrin həll edilməsi üçün plan hazırladığnı və sənədi Mixail Qorbaçova təqdim etdiyini deyib. “Saxarov planına” görə, həm Azərbaycan SSRİ-də, həm də Ermənistan SSRİ-də yaşayan erməni və azərbaycanlılar arasında referendum keçiriliməli və nəticələr əsasında ərazi mübadiləsi aparılmalı idi. Əgər referendum keçirilsəydi, Azərbaycanın ermənilərin yaşadığı 4 rayonu Ermənistana, Ermənistanda isə bundan çox ərazi bizim tabeliyimizə keçəcəkdi. O zaman Azərbaycan hakimiyyəti buna qəti şəkildə etiraz edib. E.Namazovun sözlərinə görə, Saxarov məhz İrəvanda bu  “ərazi mübadiləsi” təklifini səsləndirdikdən bir müddət sonra 200 mindən artıq soydaşımız ata-baba yurdlarından didərgin salınıb.

Odur ki, edən “Deportasiya Qurbanları Mərkəzi” hesab edir ki, Dağlıq Qarabağ danışıqlarında deportasiya məsələsi birmənalı şəkildə müzakirə predmeti olmalıdır.    

X. SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı