Modern.az

Ali məktəblərimiz yenə ən yaxşı təhsil ocaqları sırasında geridə qaldılar

Ali məktəblərimiz yenə ən yaxşı təhsil ocaqları sırasında geridə qaldılar

Ölkə

2 Avqust 2011, 14:15


Yaxşı ali məktəb elmi tədqiqatlara geniş yer verməklə, maddi-texniki bazasını və kadr potensialını daimi inkişaf etdirməklə, keyfiyyətli təhsil verməsi ilə tanınır. Müasir dünyada ali məktəb də müasir, modern olmalıdır, dünyanın inkişaf meyllərini nəzərə almalı, əslində bu inkişafın hazırlanmasında iştirak etməli, dünyada görünməlidir. Bir ali məktəbin adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünya universitetləri, şirkətləri və mediası tərəfindən bəyənilməsi ilə birbaşa bağlıdır. Müasir tanınma elektron dünyada, internetdə, çap olunmuş əsərlərin dünyaya yayılmasında özünü göstərir. Kölgə adamın boyu ilə mütənasib olduğu kimi, ali məktəbin gücü və səviyyəsi də onun dünyaya düşən kölgəsində, onun gördüyü işlərin dünyada tanınmasında özünü göstərir. Bir ali məktəb haqqında uzaqlarda, elm və təhsil dairələrində söhbət gütmirsə, deməli orada görülən işlər dünya ilə ayaqlaşmır, o ali məktəb müəyyən mənada dünyaya lazım deyil.

Azərbaycan ali məktəblərinin müasirləşməsi yavaş getdiyi üçün onlar az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan çoxsaylı reytinq araşdırmalarında onların adları təəsüf ki, görünmür.

Azərbaycanın müstəqillik əldə etdiyi dövr dünyada informasiya texnologiyalarının inqilabi dəyişikliklərə uğradığı və qloballaşmanın aparıcı gücə çevrildiyi dövrə təsadüf edir. Dövlət ali təhsili ilə yanaşı özəl ali məktəblərin yaranması ali təhsilə bir rəqabət, yarış xarakteri gətirdi. Yeni yaranmış bəzi özəl universitetlər bir sıra məsələlərdə - keyfiyyətli təhsil, müasir tədris proqramları, müasir təhsil modellərinin tətbiqi, dil siyasəti, beynəlxalq əlaqələrin inkişafı, informasiya texnologiyalarının tətbiqi kimi məsələlərdə daha fəal oldular və daha müasir göründülər.

2004-cü ildən bəri dünya ali məktəblərinin Webometrics adlı reytinqi elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılıb.


2011-ci il iyulun 30-da dünyann 20 min ali məktəbinin öyrənilməsi başa çatıb və növbəti Webometrics reytinqi elan edilib. Universitetlərin qiymətləndirməsi dörd nominasiya üzrə aparılıv. Əsas kriteriyalar ali məktəbin dünyada tanınması, elektron məkanda tutduğu çəki və başqaları tərəfindən qiymətləndirilməsi, müasir elmi nəşrlərin çəkisidir.
Siyahıya Azərbaycandan, təəssüf ki, yalnız Xəzər Universitəsi düşüb - 6211-ci yer. Bu yaxşılar sırasına Gürcüstandan-1, Ermənistandan-4, Estoniyadan-11, Latviyadan-11, Litvadan-17, Moldovadan-4, Belarusdan-8, Kazaxstandan-7, Qırğızstandan 3 ali məktəb düşüb.

Digər Azərbaycan Universitetlərinin heç biri hətta ilk 9.000 universitet sırasına düşə bilməyibr. İlk 12 min ali məktəb arasında tanınmış Azərbaycan universitetlərindən Bakı Dövlət Universiteti - 11736-cı yer, Qafqaz Universiteti -  11895-ci yerdədir.

Bu reytinq müəyyənləşdirməsində Universitetlərlə yanaşı, dünyanın ən müasir Universitə Kitabxanaları da müəyyənləşdirilib, 1120 (min yüz iyirmi) ən yaxşı kitabxana elan edilib. Burada da Azərbaycandan yalnız bir kitabxana - Xəzər Universitəsinin kitabxanası yer alıb (892-ci yer). 

Webometriks reytinqinə görə dünyanın 45 ən yaxşı ali təhsil sistemi də elan olunub. Bu siyahıya Amerika Birləşmiş Ştatları liderlik edir. Sonrakı yerlərdə Almaniya, Böyük Britaniya, Kanada və digər aparıcı dövlətlər yerləşiblər. Keçmiş Sovetlər Birliyindən bu 45-likdə cəmi iki ölkə var: Estoniya və Rusiya 34-cü yerləri bölüşdürürlər. Burada Türkiyə 45-ci yerdədir. Ərəb ölkələrindən yalnız Səudiyyə Ərəbistanı (31-ci yer), Afrikadan isə yalnız Cənubi Afrika Respublikası (41-ci) təmsil olunublar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı