Modern.az

XIN erməni baş nazirin Azərbaycan istiqamətinə atəş açmasına münasibət bildirdi

XIN erməni baş nazirin Azərbaycan istiqamətinə atəş açmasına münasibət bildirdi

Ölkə

3 Avqust 2011, 11:54

“Ermənistan baş nazirinin Dağlıq Qarabağa səfəri İrəvanın işğalçılıq siyasətinin bir daha təsdiqidir”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Tiqran Sərkisyanın işğal olunumuş torpaqlarımıza səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu tip səfərlər ilk dəfə deyil və mütəmadi xarakter daşıyır. 
“Erməni baş nazirinin Qarabağa səfəri İrəvanın bir daha işğalçılq mahiyyətini nümayiş etdirir”.

E. Poluxov həmçinin baş nazirin avtomatdan Azərbaycan istiqamətinə atəş açması ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, Qarabağ torpaqları işğal altındadır.
“Odur ki, bu silahın əsgər və ya baş nazir tərəfindən atılmasının fərqi yoxdur. Ortada olan əsas fakt torpaqlarımızın işğalıdır. Bu addım onların işğalçılıq siyasətinin təsdiq edir” –deyə E.Poluxov bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı