Onlara Bakının hər yerində rast gəlmək olar. Avtobuslarda, metroda, dayanacaqlarda, bazarlarda, parklarda, əhalinin gəlib-keçdiyi bütün yolllarda... Söhbət dilənçilərdən gedir. Pul qoparmaq üçün müxtəlif qiyafələrə girən, yalvarıb-yaxaran, ağlayıq-sıtqıyan ayaqyalın, başıaçıq gəzən uşaqlar, qadınlar, şikəst cildində ah-vay edən kişilər camaatın ürəyini yumşaltmağa çalışırlar. Dilənçilərə yazığı gəlib qəpik-quruş verənlər də olur, onları qovanlar da.
Bəzi hallarda asayiş keşikçilərinin gözləri qarşısındaca gəlib-gedənlərin qarşısını kəsib zorla pul qoparmağa çalışanlar dilənməyi özləri üçün preşəyə çeviriblər. Özlərinin etiraf etdiyinə görə, dilənmələri üçün yerpulu da veririlər, himayə də olunurlar. Bir sözlə milli dilənçilik necə deyərlər, “çiçəklənməkdədir”.
Bakıda dilənçiliklə məşğul olanlar sırasında qeyri-millətlərdən olanlar az deyil. Məsələn qaraçılar...
Paytaxtımızsa hətta “kitayski” dilənçilər də varmış... Əməkdaşımız onlardan birini şəklini çəkib. Onu tez-tez metro stansiyalarının çıxışlarında görmək olar, gəlib-gedənlərin üzünə gülümsəyən bu çinli qadın əl açıb pul istəyir. Son illər kütləvi şəkildə Bakıda peyda olan çinlilər deyəsən xırdavat satmağı tədricən başqa işlərə dəyişirlər: Məsələn, fahişəliyə, dilənçiliyə...

Modern.az