Modern.az

Orta məktəblərdə I sinfə şagird qəbulu başlanıb

Orta məktəblərdə I sinfə şagird qəbulu başlanıb

Ölkə

4 Avqust 2011, 11:51


Yeni tədris ilinin yaxınlaşması ilə əlaqədər 6 yaşı tamam olan uşaqalrın orta məktəblərdə birinci sinfə qəbuluna başlanılıb. Modern.az saytının məlumatına görə, Təhsil Nazirliyindən bildirilib ki, 2011-2012-ci tədris ilində ümumi təhsil məktəblərinin I sinfinə 124 min 274  şagirdin qəbul olunacağı proqnozlaşdırılır. 2011- 2012- ci tədris ilində Bakı məktəblərinin I siniflərinə 30 minə yaxın uşağın qəbulu gözlənilir.

2010-2011-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 120 min 420 nəfər olub. Bu göstərici 2009-2010-cu tədris ilində 118 min 947 nəfər təşkil edib.

I siniflərə Təhsil Nazirliyinin müvafiq əmri ilə sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda 6 yaşı sentyabrın 15-dən oktyabrın sonunadək olan müddətdə tamam olmuş istedadlı uşaqlar məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı