Modern.az

Polis cinayət törətməkdə şübhəli bilinən 41 nəfəri saxlayıb

Polis cinayət törətməkdə şübhəli bilinən 41 nəfəri saxlayıb

Ölkə

29 Mart 2018, 09:42

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 122 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 46 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı