Saç insanların xarici görünüşünün əsas elementlərindən biridir. Yaxşı qulluq edilən, zövqlə daranan saç forması təkcə xanımların deyil, kişilərin də xarici görünüşünü dəyişdirən amillərdəndir. Beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada saç tökülməsi, keçəlləşmə geniş miqyas alıb. 30-40 il öncə saç tökülməsi əsasən orta yaşlı və qoca kişilərin problemi sayılırdısa, artıq keçəlləşməni özünə dərd edənlər arasında gənclər, qadınlar və uşaqların da sayı sürətlə artmaqdadır.
Həkim deyir ki, depresiyya, hormonal problemlər də saçların sağlamlığına mənfi təsir göstərir. Tibb sahəsində olan yeniliklər bir çox problemlər kimi, bu problemi qismən aradan qaldırmağa qadirdir.
V.Qələndərli Modern.az-a deyib ki, indi keçəlləşən insanların bəziləri başlarına saç əkdirirlər. Saç transplantasiyası isə xeyli bahalı əməlliyat olsa da, bu əməliyyatla müraciət edənlərin sayı istər ölkəmizdə, istərsə də dünyada kifayət qədərdir. V.Qələndərlinin sözlərinə görə, saç trasplantasiyasını bütün insanlara şamil etmək olmaz. Sözügedən əməliyyatın müxtəlif üsulları var: “Saçı tək – tək köçürmək və toxuma genişləndirici qoyub onu şişirdərək böyüdüb yerləşdirmək üsulu var. Əməliyyatın bir seansı 5- 6 saat çəkir və olduqca ağır əməliyyatdır“.
V.Qələndərli eyni zamanda bildirib ki, bu əməliyatları hayata keçirməzdən əvvəl problemin yaranma səbəbi dəqiq olaraq müəyyənləşdirilməlidir. Yalnız bundan sonra düzgün müalicə tətbiq oluna bilər.
Saç tökülməsi faktına yaşayış mühitinin də təsirsiz ötüşmədiyini vurğulayan həkim eyni zamanda bildirib ki, radiasiya olan yerlərdə saç tökülməsinə daha çox rast gəlinir. Saçların tökülməsi hava və su faktorlarla da də sıx bağlıdır.
Ancaq bu problemin Azərbaycanın hansı bölgələrində daha aktiv olduğu hələki müəyyənləşdirilməyib. Yağlı dəriyə sahib olan insanlar bu problemlə daha çox qarşılaşırlar. Cərrah bu problemdən əziyyət çəkən insanların, eləcə də vitamin çatışmazlığı olan şəxslərin “B6” qrup vitaminlərdən istifadə etməklə problemin həllinə müəyyən qədər nail ola biləcəklərini də bildirib.
Azərbaycanda da saç əkdirənlər az deyil. Bu sırada həm kişilər, həm də qadınların olduğu bildirilir. Keçəlliyə dözməyib saç əkdirmək kimi bahalı əməliyyata gedənlər arasında bir sıra tanınmış sənər adamları var.
Məsələn, müğənnilər Cavanşir Məmmədov, Elariz Məmmədoğlu, xanəndə Zakir Əliyev, tarzən Elçin Həşimov və digərlər.
“Saçımla bağlı bəzi problemlərim var idi. Odur ki, həkimə müraciət etdim” deyən Cavanşir Məmmədov bu haqda danışmağı xoşlamır.
Estrada müğənnisi Elariz Məmmədoğlu bu əməliyyatı keçən il İstanbulda etdirib. Amma deyilənə görə, müğənninin bir ətək pul verib əkdirdiyi tüklər artıq tökülməyə başlayıb.
Deyəsən atalar nahaq yerə deməyiblər ki, “quyuya su tükməklə quyu sulu olmaz…”.
Modern.az saç əkdirən müənnilərin keçəl və tüklü şəkillərini təqdim edir.
Adəm Qorxmaz