Modern.az

Milli Ordunun çürüyən əsgərinin ölüm faktına görə cinayət işi başlanıb

Milli Ordunun çürüyən əsgərinin ölüm faktına görə cinayət işi başlanıb

Ölkə

30 Sentyabr 2011, 10:47

Azərbaycan ordusunun səhhətindəki problemlərlə Türkiyənin Gülhanə Tibb Akademiyasına yola salınan zaman Heydər Əliyev Beynəlxalq Hava Limanında vəfat etmiş əsgəri Eldar Novruzovun ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin qulluğa səhlənkar yanaşma (342.2-ci) maddəsi ilə cinayət işi başlanıb. 
Respublika Hərbi prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı hələlik saxlanılan yoxdur.

19 yaşlı əsgər E.Novruzov bir müddət öncə səhhətində yaranan problemlə əlaqədar burnundan əməliyyat olunmuşdu. Əməliyyatdan sonra onun səhhəti daha da pisləşib.

E.Novruzov müalicəsini davam etdirmək üçün dünən təhkim olunan həkimlə birgə Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasına yola salınan zaman dünyasını dəyişib.

Əsgərin ölümündə cavabdeh şəxslərin məsuliyyəti sübuta yetirilərsə, həmin şəxsləri üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

"Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin dünən yaydığı bəyanatda bildirilib ki, Hərbi Hospilada müalicə olunan əsgərə Türkiyəyə yola düşməzdən əvvəl iynə vurublar və bu iynədən sonra onun vəziyyəti daha da pisləşib, rəngi saralıb. Aeroportda halı pisləşən əsgər dünyasını dəyişib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı