Modern.az

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi sorğuda 1-ci olub

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi sorğuda 1-ci olub

Ölkə

3 Oktyabr 2011, 08:41

İctimaiyyət hər bir təşkilatın fəaliyyəti barədə indormasiyanı məhz medianın köməyilə ala bilir. KİV-lər isə daim görülən işlər, həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə məlumat, xəbər axtarışındadır. Bu zaman IV hakimiyyət funksiyasını yerinə yetirən mətbuat əldə edə bildiyi xəbərləri ictimaiyyətin diqqətinə çatdırmaqla vasitəçi rolunu oynayır. Amma xəbər axtarışında olan jurnaistlər bəzən maneələrlə üzləşir, hansısa sədləri keçməli olurlar. Bir sıra hallarda jurnalistlərə problem yaradanlar sırasında dövlət qurumlarının mətbuatla əlaqələndirici şəxləri, mətbuat katibləri və ya əməkdaşları olurlar.

Belə hallarda mətbuat xidmətərinin rəhbərləri öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni lazımi səviyyədə ya bilərəkdən yerinə yetirmək istəmirlər, ya da işləməyi bacarmırlar. Halbuki, mətbuat xidmətlərinin əməkdaşları işlərinə daha tələbkar və məsuliyyətli yanaşmaqla, eləcə də  jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqla təmsil etdikləri dövlət orqanlarının müsbət imicini formalaşdıra bilərlər.

Mətbuat xidmətlərinin işi mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onları lazımi şəxslərlə əlaqələndirmək olduğu halda, bəzən bur qurum rəhbərlərinin jurnalistlərlə ünsiyyəti heç cür alınmır. Bir sıra hallarda mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları yerlərində tapılmır, jurnalistlərin telefon zənglərinə cavab vermir, suallarını dinləyərkən onları başdan edir, sualları yazılı istəyir, süründürməçiliyə yol verir, ya da jurnalistlər arasında ayrı-seçkilik qoyurlar.

Modern.az media nümayəndələrinə yaxın bir sayt olaraq dövlət orqanlarının mətbuat xidmətlərinin işi ilə bağlı sorğu keçirir. Ötən həftə sorğumuzda 15 dövlət orqanın mətbuat xidmətlərinin ictimaiyyətlə əlaqəyə cavabdeh olan əməkdaşlarının adlarını qeyd edib, oxuculardan onların işinə qiymət verməyi xahiş etmişdik.

“Hansı mətbuat katiblərinin işi sizi qane etmir” sorğusunun ümumi nəticəsi Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibovu 1-ci yerə çıxarıb. Bir həftə davam edən sorğu iştirakçılarının (1500 nəfər)19 faizi onun işindən narazıdır (285 nəfər).

Respondentlərin fikrincə, Təhsil Nazirliyininin mətbuat katibi Bayram Hüseynzadə ictimaiyyətlə təmasda maraqlı olmayan ikinci mətbuat katibidir - 15% (225 nəfər).

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov 3-cü yeri tutub. Respondentlərin 13 faizi (195) onun işini mənfi qiymətləndirib.

Ən az narazılıq isə Respublika Prokurorluğundan (Eldar Sultanov), Milli Məclisdən (Akif Təvəkküloğlu, Daxili İşlər Nazirliyindən (Ehsan Zahidov) olub ki, sorğu iştirakçılarının da cəmi 2 faizi bu qurumların mətbuat katiblərinin işini mənfi qiymətləndirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı