Modern.az

Sabir Rüstəmxanlı: “Müəyyən zümrələr var ki, ziyalıların məhvini istəyirlər”

Sabir Rüstəmxanlı: “Müəyyən zümrələr var ki, ziyalıların məhvini istəyirlər”

Ölkə

3 Oktyabr 2011, 14:13

“Mənəviyyatımıza çox böyük bir təhlükə var. Bəlkə də daha çox rəsmi mövqelərin yanaşmasındakı yalnışlıqlardan gələn səhvlərin nəticəsidir bu”.

Modern.az saytına Ziyalılar forumunun mənəviyyatın qorunması ilə bağlı ölkə Prezidentinə müraciət etməsinə hazırlıqla bağlı məsələyə münasibət bildirən millət vəkili, Xalq şairi, DAK-ın həmsədri Sabir Rüstəmxanlı deyib.

O, qeyd edib ki, ölkədə iqtisadiyyatın bütün sahələrinin düzgün qurulmaması, orta və xırda sahibkarlığın inkişafına olan maneələr, ölkədə əhalinin sərvətinin bir dəstə adamın əlində toplanması, rüşvət, korrupsiya, tərəfkeşlik, “bizim adam”, “bizim olmayan adam” düşüncəsinə yol açır: “Bunlar hamısı ciddi problemdir və əlbəttə ziyalılar bu məsələdən kənarda qala bilməz. Müəyyən zümrələr var ki, onlar hesab edirlər ki, ziyalılar məhv edilməlidir, amma ziyalını ac-susuz qoymaqla, susdurmaqla, onu kənarda saxlamaq olar. Bu, müvəqqəti hal ola bilər. Ziyalı həmişə cəmiyyətin düşüncə motorudur, düşüncəsinə hərəkətə gətirən qüvvədir və onlar sözünü deməlidir”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı