Modern.az

Ya ağıllı ol, ya da siyasətçi!

Ya ağıllı ol, ya da siyasətçi!

Country

4 Oktyabr 2011, 15:14

Yəqin siz də müşahidə etmisiniz ki, məişətdə ağıllı, çoxbilmiş insanlara yarı həqiqi, yarı məcazi mənada “siyasətçi” deyirlər. Bu təşbeh son dövrlər daha çox dillərə düşüb. Elə bu yerdə bu ifadəni inkar edən məşhur polşa yazarı Stansilaм Lemə məxsus orijinal kəlimələri qeyd etmək yerinə düşər:

“Siyasətçi çox ağıllı olmamalıdır. Çünki, çox ağıllı siyasətçi görür ki, onun qarşısında duran vəzifələrin böyük bir qismini həll etmək qeyri-mümkündür”.

 

Aforizmdən belə qənaətə gəlmək olar ki, uzun müddət hakimiyyətdə olan siyasətçilər çox da ağıllı siyasətçi olmayıblar. Elə son dövrlər ərəb aləmində cərəyan edən məlum hadisələr də yazarın bu sözlərinin həqiqət olduğunu labüd edir. Liviyanın sabiq lideri Müəmmər Qəddafinin 42 il, Misirin keçmiş dövlət başçısı  Hüsnü Mübarəkin 30 il, Yəmən prezidenti Əli Abdullah Salehin 33 il hakimiyyətdə qalmaları onların və onların timsalında bir çox rəhbərlərin siyasi hakimlik hərisliyinə şərhsiz nümunədir. Həddi aşanlar və bir az daha mülayim tərzdə desək, (bəlkə də) həddin nə olduğunu başa düşməyənlər və ya həddi müəyyənləşdirə bilməyənlər öz həyat kitablarının vərəqlərini özləri “qaralayırlar”. Elə “dəvəsi ölmüş” bu diktatorlar kimi ...

 

Ancaq, ağlı və zəkası ilə o həddi müəyyənləşdirməyi bacaran, heç bir parlaq işartıya gözünü qamaşdırmayacaq qədər gücü, iradəsi olan bir siyasətçi də var cəmiyyətimizdə. Siyasət aləmindən ayrılmış olsa belə bir çox siyasətçilərə həyat dərsi verən bir insan ...
Hələ 50 yaşında, çox insanların siyasətə yeni gəldiyi bir vaxtda siyasətə əlvida deyir. Bu, İspaniyanın keçmiş baş naziri Jose Maria Aznardır. Onun baş nazir olduğu dönəmdə İspaniya Avropanın ən inkişaf etmiş ölkələrindən birinə çevriliи. İqtidarda olduğu 8 il (5 may,1996 – 17 aprel, 2004) müddətində İspaniyanın milli gəlirində yüzdə 32 artım qeydə alınır. Ölkədə işsizliyin səviyyəsi minimuma endirilir, 4 milyondan çox işsiz insan işlə təmin olunur. İspaniyanın çiçəklənən dövründə Jose Maria Aznar ölkədə keçirilən növbəti seçkilərə qatılmaqdan imtina edir, hətta, seçilmək şansının böyük olduğunu bilərəkdən ...   

Kariyerasının ən yüksək zirvəsində olarkən siyasətdən ayrılan Aznar Fransanın məşhur “Le Monde” qəzetinə müsahibəsində “iqtidarın da bir sərhəddi olmalıdır” demişdi.

Türkiyənin tanınmış yazarı Erdal Şafak «Sabah» qəzetindəki bir köşə yazısında Jose Maria Aznarın «Le Monde» qəzetinə müsahibəsinin tərcümə variantını yayımlayıb. Jurnalistin “Siyasətdən ayrılmaq üçün 50 yaş erkən deyilmi?” sualına Aznarın cavabı belə olub: “Həyatda hər şey kimi iqtidarın da bir sərhəddi olmalıdır. Uzatmaq faydadan çox zərər gətirir. Bilirəm, siyasətçilərin iqtidara gəlmək ümidi ilə yaşadığı bir yaşda ayrılıram. Amma, yeni bir həyata başlamaq üçün ən uyğun yaşda ayrılmış oluram”

Cəmiyyətimizdə Jose Maria Aznar kimi insanlar çox azdır. Siyasətdə bəlli mövqeləri tutan şəxslər də kürsülərini tərk etmək istəmirlər, hətta yaşları vəzifələrinin öhdəsindən lazımınca gəlməyə imkan verməsə belə ...  Aznar isə bu gün çox siyasətçilərə örnək olunası bir şəxsiyyətdir. Çünki, 8 il ərzində xalq onu necə bir siyasətçi kimi tanımışdırsa elə də qalmaq istədi yaddaşlarda ...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı