Modern.az

Şahmatçı Teymur Rəcəbov ARDNŞ-nin vitse-prezidentinin qızı ilə evlənib

Şahmatçı Teymur Rəcəbov ARDNŞ-nin vitse-prezidentinin qızı ilə evlənib

Ölkə

9 Oktyabr 2011, 13:59

Dünyanın ən tanınmış şahmatçılarından biri, beynəlxalq qrossmeyster Teymur Rəcəbovun toyu olub. ANSpress-in məlumatına görə, T.Rəcəbovun toyunda Azərbaycanın dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva, eləcə də FİDE-nin prezidenti Kirsan İlumjinov iştirak edib.
Həmçinin toyda Avropa Şahmat İttifaqının prezidenti Silvio Danailovla yanaşı, olduqca adlı-sanlı qonaqlar və yaxın adamlar iştirak edib. 

Teymur Rəcəbov Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə xanımla ailə həyatı qurub. 

Toy Bakıdakı "Buta Palace" sarayında keçirilib.

Mərasimdə Azərbaycanın şahmat üzrə yığma üzvləri də iştirak edib. Toyda şahmata həsr olunmuş videomaterialla yanaşı, Teymur Rəcəbovun keçdiyi yol da qısaca olaraq göstərilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı