Ölkə başçısının sərəncamı ilə bu il iyulun 7-də təsdiqlənən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ilə bağlı yeni xəbər var. Modern.az saytının məlumatına görə, 2012-ci ilin dövlət büdcəsi layihəsində bu dövlət proqramın icrası məqsədilə müvafiq maliyyə vəsaiti nəzədə tutulub.
“İlk dəfə olaraq 2012-ci ilin dövlət büdcəsində “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası üçün 20,1 milyon manat maliyyə təminatı yaradılıb”-deyə Gənclər və İdman Nazirliyindən Modern.az saytına bildirlib.